Modern.az

Röya danışdı: “Ayıb olsun, mənim adımla reytinq qazanmaq istəyirlər”

Röya danışdı: “Ayıb olsun, mənim adımla reytinq qazanmaq istəyirlər”

10 İyun 2013, 18:00

Bəzi internet portalları və saytlarda müğənni Röya Ayxanın Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) çağırıldığı haqda xəbərlər yayılıb. Röya Ayxan Modern.az saytı vasitəsilə həmin xəbərlərə aydınlıq gətirib.

“Bilmirəm, bu xəbəri kimlər yayır. Məni heç vaxt “Bandotdel” adlı idarəyə çağırmayıblar. Bir-iki jurnalist belə əsassız xəbər yayıb, ayıb olsun, bu yolla reytinq qazanmaq istəyir. Bilirlər ki, mənim adım o xəbərdə olsa, daha çox oxunacaq. Amma belə bir şey yoxdur və olmayıb”.

Qeyd edək ki, bəzi saytlar sənətçinin keçmiş deputat Hüseyn Abdullayevlə yaxın əlaqələrinə görə “Bandotdel”ə çağrıldığını yazıb.
 
İntiqam Valehoğlu  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir