Modern.az

Xalq artisti: “Arvadını boşayanın birini çıxarırlar efirə, çağırırlar ki, “sən də gəl, ağsaqqal kimi otur verilişdə”” - MÜSAHİBƏ

Xalq artisti: “Arvadını boşayanın birini çıxarırlar efirə, çağırırlar ki, “sən də gəl, ağsaqqal kimi otur verilişdə”” - MÜSAHİBƏ

11 İyun 2013, 12:29


Onu Azərbaycan vokal məktəbinin ən güclü səslərindən hesab etmək olar. Amma təəssüf ki, son 2-3 ildə bu səsi efirlərdən çox nadir hallarda eşidirik. Deyəsən, heç özü də buna maraqlı deyil. Deyir ki, “yaxşı sənətkar həmişə kənarda olur”

Modern.az-ın “Biri var idi” rubrikasının dördüncü qonağı Azərbaycanın və Dağıstanın xalq artisti Zaur Rzayevdir.

– Vaxtında işləmişik, yaratmışıq. Çoxlu lent yazılarımız, mahnılarımız var. Adətən, jurnalistlər yeni mahnı soruşurlar. Yeni, dəbdəbəli mahnını yeni uşaqlar yazırlar ki, bir-iki gün dəbdə olsunlar. Bir var özün və sən şüurda olan insanlar üçün oxuyasan, bir də var ümumxalq musiqisi, əsərləri ifa edəsən. Belə əsərlər xalqın tarixini zənginləşdirir.

– Belə demək olarmı ki, yaradıcılığınızın durğunluq dövrüdür?

– Xeyr, durğunluq yoxdur. Mənim o yaşımm deyil ki, gedim o veriliş, bu verilliş gəzim.

– Niyə efirə çıxmaq istəmirsiniz ki?

– Orda deyir , “biri arvadın boşayır, sən də gəl, “razborka”da oturginən ağsaqqal kimi. Mənim hansı yaşıma yaraşar xalqın ailə işinə qarışmaq? Yaxud çaırırlar hansısa verilişə, deyirlər ki, “gəl  yemək bişir”. Mənim yemək bişirən vaxtımdır? Çağırsın musiqidən, sənətdən, həyatdan, Allahımızdan, dövlətimizdən olan verilişlərə. Əfsuslar ki, belə verilişlər də yoxdur. Hər yerdə ancaq meyxanadı. Space-də gecədən sonra tanıtımdır, ANS-də arvad verilişləridir. Yaxşı sənətkar həmişə qıraqda olub.

Belə başa düşdüm ki, telekanallardan da narazısınız.

– Narazı deyəndə ki, bu, belədir. Görünən budur, o biri üzünü görmürəm. Ona görə də özümə hörmət edirəm.

– AzTV-də yemək verilişləri çox deyil. Ordan dəvət edirlər?

– Dəfələrlə “Mədəniyyət” kanalında çıxışlar etmişəm. Dünən ATV-də müəllimim Xan Şuşinskiyə həsr olunmuş “Sönməz ulduzlar” verilişində çıxışım getdi.

– Xan Şuşinski sizin müəlliminiz olub?

– Bəli, tanıyırsan onu? Siz cavanlar tanımırsınız axı.

– Əlbəttə, tanıyıram.

– Oqtay Kazımovu tanıyırsan?

– Əlbəttə. Cabbar Qaryağdıoğlunu da tanıyıram, Keçəçi oğlu Məhəmmədi də.

– Keçəçi oğlu Məhəmməd iki yüz il əvvəl yaşayıb. Amma Oqtay Kazımovun qırxı srağagün çıxıb.

– İki yüz əvvəli tanıyıramsa, dediklərinizi daha yaxşı tanıyıram... Yenə də Müdafiə Nazirliyinin hərbi orkestrindəsiniz?

– Bəli, 20 ildir Müdafiə Nazirliyinin Mahnı və Rəqs Ansamblının bədii rəhbəriyəm.

– Yaradıcılığınızın böyük hissəsini hərbi vətənpərvərlik mahnıları təşkil edir...

– Elə ona görə orduda işləyirik də. Orduda meyxana demirlər ki.

– Hərbi rütbəniz var?

– Çavuşam. Söz veriblər ki, birbaşa general verəcəklər (gülür). Amma qanunla olmalıdır.

– Yenə də cəbhə bölgələrinə konsertlərə gedirsiniz?

– Silahlı Qüvvələrimizin yaranmasının 95 ili tamam olur. Bununla əlaqədar verəcəyimiz bir sıra konsertlər var. Onlara hazırlaşırıq.

– Bəyəndiyiniz gənc ifaçı var?

– Hamısı əladır. Əsas odur ki, xalq onları bəyənir. Bundan artıq nə olmalıdır? İndi çətini bir balaca səsin olsun. Üç-dörd dəfə efirə çıxıb, olursan gündəmdə. Əsas bir az görkəmin, babat kostyumun olsun. Bir-iki dənə də dəbdəbəli mahnılardan oxuyasan.

– Qəşəng kostyumla nə qədər gündəmdə qalmaq olar?

– Baxır da 5-6 ay olur. Oxumaqdan çox gərək danışasan.

– Bayaq bir məqama toxundunuz. Çox maraqlı oldu. Sizi kimin boşanma “razborkasına” çağırmışdılar?

– Onu demək istəmirəm. Sən məndən söz alma. ANS-də var, “Ümid var” var. Ərlə arvad bir-birini boşayır, böyük alimləri də çağırıb müzaikrə edirlər. Ailə var, həyat var, problem var. Bu boşanmanı niyə efirə çıxardırsınız?

– Oğlunuz Azər peşəkar idmançı idi. Yenə də idmanla məşğuldur?

– Həm idmançıdır, həm də İtaliyada vokal təhsili alır. Daha çox Avropada və Moskvada çıxışlar edir.

– Hərbi orkestrdən əməkhaqqınız nə qədərdir?

– 500 manat.

– Prezident təqaüdü alırsınız?

– Proqramda varam, alacam. Artıq müraciət olunub, nəzarətdədir.

– Toylara gedirsiniz?

– Yaxın dost məclislərinə gedib  yarım saat təbrik edib qayıdıram.

– Hədiyyə kimi?

– Zəhmət çəkib pulumu alıram da.

– Başqa dolanışıq yeriniz yoxdur?

– Biz ağıllı insanlarıq, hərdən bizneslə məşğul oluruq.            .

– Nə biznesi?

– Onu demək istəmirəm.

İntiqam Valehoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər