Modern.az

Bayram günlərində Bakıda 51 dilənçi saxlanılıb

Bayram günlərində Bakıda 51 dilənçi saxlanılıb

21 Sentyabr 2009, 18:22

Ramazan bayramı günlərində paytaxtda dilənçilərin sayı çoxaldığından Bakı polisi onlara qarşı növbəti reydlər keçirib. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 19-da Çevik Polis Alayı və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olan 18 nəfər saxlanılıb.

 

Sentyabrın 20-də isə  Nəsimi və Nizami Rayon Polis idarələrinin əməkdaşları avaraçılıq və dilənçiliklə məşğul olan daha 33 nəfəri saxlayıblar. Bütün saxlanılanlar Bakı Baş Polis İdarəsinin İnzibati Həbs Olunanları Saxlama Məntəsinə göndərilib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir