Modern.az

Dünyanın ən qoca adamı öldü

Dünyanın ən qoca adamı öldü

İqtisadiyyat

12 İyun 2013, 13:27

Modern.az-ın məlumatına görə, Yaponiyada dünyanın ən yaşlı sakini, 116 yaşlı Ciromeon Kimura 116 yaşında vəfat edib. Amerikalı Bess Kuper keçən ilin dekabrında vəfat etdikdən sonra yapon uzunömürlü rəsmən dünyanın ən yaşlı sakini kimi Ginnesin Rekordlar Kitabına düşmüşdü. Yaşını təsdiq edən müvafiq sertifikat da ona verilmişdi.

1897-ci il təvəllüdlü Ciromeon Kimura 12 iyun səhər saatlarında dünyasını dəyişib. 7 övladı, 14 nəvəsi, 25 nəticəsi və 14 kötücəsi olan Kimuradan sonra dünyanın ən yaşlı sakini adı yenə Yaponiyada yaşayan 115 yaşlı Misao Okavaya keçib.   Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür