Modern.az

Ankarada azərbaycanlıların soyqırımına aid fotosərgi bir həftə davam edəcək

Ankarada azərbaycanlıların soyqırımına aid fotosərgi bir həftə davam edəcək

1 Aprel 2010, 14:51

Türkiyənin paytaxtı Ankara şəhərindəki “Zəfər Çarşısı” sərgi salonunda Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar açılan “Ermənilərin Azərbaycanda törətdikləri soyqırımları fotolarda” adlı fotosərgi aprelin 5-dək davam edəcək. Bu barədə Modern.az-a Ankaradan Azərbaycan Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı məlumat verib. Tədbir Azərbaycan Parlament Jurnalistləri Birliyinin və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) təşəbbüsü, Türkiyə Qəzetçilər Federasiyası (TQF) və Alanya Qəzetçilər Cəmiyyətinin (AQC) təşkilatçılığı ilə keçirilir.

Dünən Ankarada açılışı olan mərasimdə Türkiyə Nazirlər Kabineti Mətbuat və Nəşriyyat İdarəsinin baş direktor əvəzi Salih Mələk çıxış edərək bildirib ki, ermənilərin Azərbaycanda dinc əhaliyə qarşı törətdiyi qətliamlardan bəhs edən bu sərgi bütün dünyada saxta “soyqırımı” təbliğatı aparan ermənilərə daha bir layiqli cavabdır. Türkiyə Jurnalistlər Federasiyasının sədri Atilla Sertel deyib ki, ankaralılara təqdim olunan bu fotoşəkillər acı və dəhşətli olsa da, bir həqiqətdir. “Bizim insanlarımız bu həqiqəti bilməlidirlər. Azərbaycanlılar və türklər ət və dırnaq kimi ayrılmazdırlar. Onlar bir soya, inanca malikdirlər. Sərgidəki şəkillər Alanyada nümayiş etdirilib və aprelin 20-də İzmirdə də təqdim olunacaq”. Azərbaycan Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı çıxışında ermənilərin Azərbaycanda dinc insanlara qarşı törətdikləri vəhşiliklərdən bəhs edib və bütün dünyanın diqqətini bu qəatliamlara yönəltməyin vacibliyini vurğulayıb.

 

Qeyd edək ki. fotosərgidə ermənilərin 1918 –ci ildə Azərbaycanın müxtəlif regionlarında törətdikləri kütləvi qətliamları, 1990-cı ildə baş vermiş 20 Yanvar hadisəsini, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımını, habelə 1988-1994-cü illədə erməni silahlı birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarında törədilən digər dəhşətləri, eləcə də Azərbaycanın işğal altındakı tarixi-mədəni abidələrinin aqibətini özündə əks etdirən fotolar nümayiş etdirilir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir