Modern.az

Arif Hacılıdan vahid namizəd məsələsinə etiraz

Arif Hacılıdan vahid namizəd məsələsinə etiraz

13 İyun 2013, 09:42

“Müxalifətin vahid namizədinin yaxın günlərdə müəyyən olunması ciddi siyasi səhv olardı”.

Modern.az-ın məlumatına görə bunu Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

Onun sözlərinə görə vahid namizədlə bağlı addımın atılması hakimiyyətin manevr imkanlarını artıracaq.
“Bir daha təkrar edirəm, müxalifətin vahid namizədi seçki gününə təqribən 1 ay qalmış müəyyən edilərək cəmiyyətə təqdim olunmalıdır”-deyə vurğulayıb.

Müsavat rəsmisinin fikrincə, əks halda hakimiyyət mövsümi müxalifətçilərin boykot arqumentlərini artıran qərarlar qəbul etməklə 2008-ci il olaylarını təkrarlamaq imkanı qazanacaq.

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir