Modern.az

“Andlılar məhkəməsi - Azərbaycan təcrübəsində”

“Andlılar məhkəməsi - Azərbaycan təcrübəsində”

Aktual

13 İyun 2013, 10:59


“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi  iyun ayının sonu “Andlılar məhkəməsi - Azərbaycan təcrübəsində” adlı dəyirmi masa keçirəcək. Birlikdən verilən məlumata görə, tədbirdə “Andlılar məhkəməsi beynəlxalq təcrübə- Azərbaycan”  adlı kitabın təqdimatı da keçiriləcək: “İctimaiyyətə təqdim olunacaq kitabda  30-a yaxın ölkənin andlı məhkəmələri ilə bağlı təcrübəsi, təkminləşmə dövrü, qanunvericiliyi barədə məlumatlar əks olunub. Nəzərə alsaq ki, Azərbaycanda andlı məhkəmələri ilə bağlı təsisatlar yenidir və bu məhkəmələrin işləmə mexanimləri ilə bağlı ictimaiyyətdə məlumat səviyyəsi aşağıdır.  Bu səbəbdən hüquqi terminlərdən az istifadə olunmaqla hazırlanmış kitab, müxtəlif statuslu insanlar üçün nəzərdə tutulub. Bu kitabdan təhsilli və təhsilsiz insanlar da istifadə edərək andlı məhkəməsinin mahiyyətini anlaya bilər”.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Andlılar Məhkəməsinin yaradılması ilə bağlı beynəlxalq təcrübə və vətəndaş cəmiyyəti ilə qanunverici orqanın dialoqunun təşkili məqsədilə ictimai müzakirənin keçirilməsi” layihə çərçivəsində  reallaşacaq  dəyirmi masada  millət vəkilləri, diplomatlar, vətəndaş cəmiyyəti və medianın iştirakı nəzərdə tutulub. Müzakirələr zamanı irəli sürülən təkliflər birlik tərəfindən müvafiq qurumlara təqdimat ediləcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?