Modern.az

Eldəniz Quliyev Milli Şuranın tərkibindən danışdı

Eldəniz Quliyev Milli Şuranın tərkibindən danışdı

Aktual

13 İyun 2013, 12:20

“Milli Şuranın siyahısı dərc olunub və bu, rəsmi mövqeyi ifadə edir”. Bunu Modern.az-a açıqlamasında “El” Hərəkatının Ali Məclis sədri, Milli Şura üzvü Eldəniz Quliyev bildirib. Onun sözlərinə görə Milli Şuranın bəyannaməsinə imza atanlar üzv sayılırlar. O bildirib ki, üzvlüklə bağlı Milli Şuraya çoxlu müraciət daxil olur.

“Müraciətlərin sayı durmadan artır. Siyahıda şəxslər və digər qurumlar da var”. “El” rəsmisi onu da əlavə edib ki, Milli Şuranın ilk sessiyasında üzvlük barədə məsələyə yenidən baxılacaq.

Xatırladaq ki, Milli Şura Respublika Günü – 28 Mayda elan olunub və ilk iclası iyunun 7-də keçirilib. Bəyannaməyə isə 129 nəfər imza atıb.  

Aqşin Kərimov  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı