Modern.az

Artur Rasizadədən İsrail prezidentinə təşəkkür

Artur Rasizadədən İsrail prezidentinə təşəkkür

13 İyun 2013, 19:04

İyunun 13-də baş nazir Artur Rasizadə İsrailin ölkəmizdəki səfiri Rafael Harpaz ilə görüşüb. Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli əlaqələrin genişlənməsinin, iqtisadi əməkdaşlığın hüquqi bazasının yaradılmasının vacibliyi vurğulanıb, bu sahədə böyük potensialın mövcudluğu qeyd edilib.

İnformasiya texnologiyaları, elektronika, kənd təsərrüfatı, ticarət, turizm və humanitar sahələrdə müvafiq layihələrin həyata keçirilməsinin hər iki tərəf üçün faydalı olacağı nəzərə çatdırılıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, respublikamızın ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini vurğulayan baş nazir Artur Rasizadə bu məsələdə ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə İsrail rəhbərliyinə təşəkkürünü bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi