Modern.az

Eks-prezidentə 7 il iş kəsildi

Eks-prezidentə 7 il iş kəsildi

14 İyun 2013, 11:27


Argentinanın 82 yaşlı keçmiş prezidenti qanunsuz silah qaçaqmalçlığında təqsirləndirilib.
Modern.az-ın İTAR –TASS-a istinadın verdiyi xəbərdə bildirilir ki, 1989-1999 –cu illərdə Argentinanın prezidenti olmuş 82 yaşlı Karlos Menem məhkəmə qərarı ilə 7 il müddətinə azadlıqdan məhrum olub.

Məhkəmə hökmünün oxunması zamanı həkimlərin məsləhəti ilə prezident zaldan çıxarılıb.
1991-1995- ci illərdə Menem hərbi əmliyyatlar aparan Xorvatiya və Ekvadora qanunsuz silah satıb. Baxmayaraqkı rəsmi silah satışı Venesuela və Panama üçün nəzərdə tutulub.

2001-ci ilin iyul ayında Karlos Menem tutulsa da, 6 aydan sonra məhkəmə qərarı ilə azadlığa buraxılıb.

2013-cü ilin mart ayında isə Argentina Ali Məhkəməsi bəraət qərarını ləğv edərək, bu cinayət işini yenidən açıb. Nəticədə bu gün Argentinanın eks-prezidenti və La Rioxa əyalətinin hazırki senatoru Karlos Menem qanunsuz silah qaçaqmalçılığında təqsirlindirilərək, 7 il müddətinə azadlıqdan məhrum olunub.

Günəş FƏRHADLI 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir