Modern.az

İranda prezidentliyə namizədlərə xəbərdarlıq edildi

İranda prezidentliyə namizədlərə xəbərdarlıq edildi

14 İyun 2013, 14:30


İranda bu gün keçirilən prezident seçkiləri ölkədə siyasi fəalların həbsinə səbəb olub. Modern.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir. “Amnesty İnternational”ın İran barədə xəbərində deyilir.
”İranda həyata keçirilmiş sonuncu tədbirlər ölkədəki seçkilərin səbəb ola biləcəyi narazılıqların qarşısını almaq üçün nəzərdə tutulub”.
”Amnesty İnternational” İranda mart ayından bu yana 5 jurnalistin həbs olunduğu və 3 qəzetin bağlanıldığını da xəbər verib.
Məlumata görə, İran Mukrian Xəbər Agentliyinin rəhbəri Xosrov Kürdpur və Fars əyalətindəki İslahatçılar Koalisiyasının Mərkəzi Şurasının üzvü Cəmil Kərimi həbs olunanlar arasındadır.
2009-cu il seçkiləri zamanı həbs olunmuş bir çox  siyasi fəallar isə hələ də həbsdə saxlanılır.
Prezindetliyə keçmiş namizədlərdən Mirhüseyn Musəvi və Mehdi Kərrubi isə ev dustağıdır.

“Human Rights Watch”ın  Kərrubi  ailəsinə yaxın mənbələrə istinadən verdiyi məlumata görə, o 20 aydır ev həbsində saxlanılır və ancaq bir neçə dəfə müalicə almaq üçün evdən çıxmasına icazə verilib.

İran siyasi işləri üzrə ekspert Həsən Haşimian İrandakı son həbslərin seçkidən sonra daha da yüksələ biləcək siyasi səsləri boğmaq məqsədi daşıdığını bildirir.

İran Nəzarət Şurası isə bugünkü prezident seçkilərində iştirak edən namizədlərə xəbərdarlıq edib. Şuranın sözçüsü Abbas Əli Kadxodayi namizədlərə rəsmi nəticə bəyan olunmadan öz qələbələrini élan etməməməyə çağırıb.
“Qələbəni qeyri-rəsmi élan etmək etibarsızdır və namizədlər bundan qaçmalıdırlar”.

İranın seçki qanununa görə, nəticələri élan etməkdə səlahiyyətli orqan Daxili İşlər Nazirliyidir.

Peykər İbrahimova


 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı