Modern.az

Bakıda müəllimlərin işə qəbulu üçün yeni müsabiqə elan olunacaq

Bakıda müəllimlərin işə qəbulu üçün yeni müsabiqə elan olunacaq

21 Sentyabr 2009, 20:55

TƏHSIL NAZİRLİYİNİN MÜSABİQƏSİ  284 MÜƏLLİM YERİNİN TUTULMASI İLƏ NƏTICƏLƏNİB, 81 YER İSƏ BOŞ QALIB

Təhsil Nazirliyi 2009-2010-cu dərs ili üzrə Bakı şəhərinin ümumtəhsil məktəblərindəki vakant müəllim yerlərinə işə qəbul üçün elan etdiyi müsabiqəni yekunlaşdırıb. Lakin bu müsabiqəyə çıxarılan bütün vakant yerlər tutulmayıb. Ümumiyyətlə, bu müsabiqənin gedişi barədə fərqli fikirlər səsləndirilir.

Qeyd edək ki, 2009-2010-cu dərs ili üzrə Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə işə qəbul Təhsil Nazirliyi tərəfindən yeni mexanizm tətbiq edilməklə iki mərhələdə həyata keçirilib. I mərhələdə müsabiqədə iştirak etmək üçün təqdim olunmuş elektron ərizələrdəki məlumatlara və şəxsi işlərdə olan təsdiqləyici sənədlərə əsasən müəllimlərin göstəriciləri xüsusi meyarlar əsasında qiymətləndirilib.
II mərhələdə ixtisaslardan asılı olaraq müsahibə və ya test yoxlaması aparılıb. İki mərhələnin nəticəsi əsasında müəyyənləşdirilmiş keçid balını toplamış müəllimlər seçdikləri məktəblərə işə qəbul olunublar. Müsabiqənin nəticələrinə görə, Bakıdakı orta məktəblərə 32 ingilis dili, 20 riyaziyyat, 8 fizika, 4 kimya, 10 biologiya, 27 ibtidai sinif, 19 Azərbaycan dili və ədəbiyyatı, 2 rus dili və ədəbiyyatı, 19 tarix, 56 informatika, 15 coğrafiya, 45 fiziki tərbiyə, 11 gənclərin çağırışaqədərki hazırlığı, 4 əmək hazırlığı, 8 musiqi və nəğmə, 4 təsviri incəsənət və rəsmxət müəllimi işə götürülüb.
Təhsil Nazirliyi müsabiqəyə 365 vakant yer çıxarmışdı. Nazirliyin məlumatına görə, müsabiqəyə 1044 nəfər sənəd verib, onlardan 284-ü uğur qazanaraq müəllim kim işə təyin olunub. Müsabiqəyə çıxarılan 81 vakant yeri isə heç kim tuta bilməyib.

Təhsil Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin ümumtəhsil məktəblərində müsabiqənin nəticələrinə əsasən boş qalmış vakant yerlərə yeni müsabiqə elan ediləcək.

Qeyd edək ki, başa çatan müsabiqənin gedişi ilə bağlı birmənalı fikirlər səsləndirilmir. Müsabiqədə iştirak etmiş bəzi pedaqoji kadrlar Modern.az-a bildiriblər ki, işəgötürülmə prosesi saxtakarlıqlarla müşayiət olunub.
Yeri gəlmişkən, müsabiqə başlayanda Təhsil Nazirliyi Bakı məktəblərində 357 vakant müəllim yerinin olduğunu bəyan etmişdi. Lakin müsabiqənin nəticələri açıqlananda paytaxtdakı ümumtəhsil müəssisələrindəki 365 boş yerə sənəd qəbulunun aparıldığı bildirildi. Bu fakt da işəgötürülmə prosesinə kölgə salmaya bilməz.

 

 

 

İşəgötürülmə müsabiqəsinin rəsmi nəticəsi:

 

 

 

İxtisaslar

 

Vakant yerlərin sayı

 

Sənəd verənlərin sayı

 

İşə qəbul olunanların sayı

 

İbtidai sinif müəllimi

 

29

 

182

 

27

 

Azərbaycan dili və ədəbiyyat müəllimi

 

20

 

142

 

19

 

Riyaziyyat müəllimi

 

22

 

92

 

20

 

İnformatika müəllimi

 

83

 

79

 

56

 

Fizika müəllimi

 

10

 

36

 

8

 

Kimya müəllimi

 

7

 

30

 

4

 

Biologiya müəllimi

 

11

 

58

 

10

 

Tarix müəllimi

 

20

 

78

 

19

 

Coğrafiya müəllimi

 

16

 

30

 

15

 

Rus dili və ədəbiyyat müəllimi

 

2

 

20

 

2

 

İngilis dili müəllimi

 

32

 

200

 

32

 

Fransız dili müəllimi

 

1

 

7

 

-

 

Fiziki tərbiyə müəllimi

 

64

 

50

 

45

 

Gənclərin çağırışaqədərki hazırlığı

 

21

 

21

 

11

 

Əmək hazırlığı müəllimi

 

7

 

9

 

4

 

Musiqi və nəğmə müəllimi

 

12

 

11

 

8

 

Təsviri incəsənət, rəsmxət müəllimi

 

8

 

6

 

4

 

Cəmi:

 

365

 

1044

 

284

 

 

 

 

 

"Modern.az"

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır