Modern.az

Deputatlar istirahətə hara yollanacaqlar?

Deputatlar istirahətə hara yollanacaqlar?

Aktual

15 İyun 2013, 11:26

İsti yay günlərində hamı istirahət etmək istəyir. Bunun üçün cibinin dolu, bir də zamanın olması yetərlidir. Maraqlıdır, görəsən Milli Məclisin deputatları istirahət üçün haranı seçirlər?

Modern.az saytı deputatlar arasında keçirdiyi sorğunu təqdim edir.  

Əli Məsimli
üçün "istirahət" sözü bir qədər yad ifadədir. “Sadəcə Milli Məclisin sessiyaları başa çatanda həm Şəkiyə gedirəm, həm Bakıda dənizə gedirəm. Eyni zamanda elmi fəaliyyətimi daha intensiv davam etdirməyə imkan tapıram. Bu yay da bir kitab üzərində işimi davam etdirəcəm” deyə millət vəkili vurğulayıb.

İqbal Ağazadə isə partiya sədri olmasını səbəb gətirərək bu yayı Bakıda olacağını bildirib. “Bu il prezident seçkiləri keçiriləcək. Ona görə partiya olaraq biz yayda da işləyəcəyik və Bakdan kənara çıxmayacağam”.

Fazil Mustafa da Bakıda olacaq. Amma onun Bakıda qalma səbəbi tamam başqadır. “Bildiyiniz kimi, bu il Ramazan ayı da iyulda başlayır və orucluq yay vaxtına düşür. Ona görə də Bakıda bağımda istirahətimi keçirəcəyəm. Eyni zamanda kitabım üzərində də işləyəcəyəm”.

Yevda Abramov isə 8 ildir istirahətini eyni məkanda qeyd edir. “İstirahətimi Quba və Qusar rayonlarında, seçicilərimin olduğu yüksək və balaca dağ kəndlərində keçirəcəyəm. Eyni zamanda siyahıda olan məktəb tikintiləri ilə maraqlanacağam, rayonumun meyvəsindən yeyəcəyəm, dostlarımla görüşəcəyəm. Bir sözlə, ölkədən kənara çıxmayacağam”.

Asim Mollzadə də yay məzuniyyətini Bakıda, partiyada işləyərək keçirəcək.  

Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır