Modern.az

Ernest Heminqueylə müsahibə - Xəyali söhbət

Ernest Heminqueylə müsahibə - Xəyali söhbət

Ədəbi̇yyat

15 İyun 2013, 15:53
Modern.az-da ötən dəfə Mikayıl Müşfiqdən “müsahibə almışdıq”. İndi isə Nobel mükafatı laureatı Ernest Heminqueydən aldığımız “müsahibəni “ sizlərə təqdim edirik. 

- Əsl kişinin ölümü necə olmalıdır ?

- Kişinin yataqda ölməyə haqqı yoxdur, o ya döyüşdə ya da alnını güllə
çaxaraq ölməlidir...

- Мüharibə və ölüm...

- Нələ cavan ikən müharibəyə gedərkən səndə bir ölümsüzlük illüziyası olur. Başqalarını öldürürlər, ancaq səni yox. Sonra isə sən ilk dəfə ağır yaralandıqdan sonra bu illüziya itir və anlayırsan ki, bu sənin də başına gələ bilər.

- Jurnalist hissləri...

- Qəzet üçün yazarkən, hər hansı bir hadisədən xəbər verərkən, bu və ya şəkildə öz hisslərini çatdırırsan...

- Siz Amerikanı sevirsiniz?

- Bilirsiniz , bu mənim vətənimdir. Və mən onu sevirəm, çünki o mənim vətənimdir...

- Uzun müddət Parisdə yaşamısınız...

- ...bütün Paris mənimdir, mən isə bu bloknota və karandaşa məxsusam.

- Sülh anlamı...

- Hamı sülh istəyir. Sülh nədir ?

- Qalib anlamı...

- Qalib heç nə almır.

- Öküz döyüşləri...

- Öküz döyüşləri idman deyil. Bu faciədir.

- Yenə jurnalistika haqqında...

- Qəzet üçün işləyərkən , siz gərək dünənki günün təəssüratlarını yaddaşınızdan siləsiniz... Qəzet işi yazıçı üçün  yalnız o vaxta qədər qiymətlidir ki, onun yaddaşını dağıtmağa başlamasın. Yazıçı qəzetdə işini bu baş verməmişdən əvvəl atmalıdır.

- Gecə və gündüz...

- Gündüz hissiyyatsız olmaq dəhşətli dərəcə asandır, ancaq gecə isə... Bu tamamilə başqa məsələdir.

- Вu gün dünyamızda aclıqdan əziyyət çəkənlər var.

- Mən bilmirəm qanunları kimlər yaradır, lakin bilirəm ki, elə bir qanun yoxdur ki, insan aclıq çəksin...

- Müharibə nədir ?

- Müharibəni udmaq lazımdır. Biz onu nəyin bahasına olursa udmalıyıq və bacardıqca tez. İnsan məğlub olmaq üçün yaradılmayıb. İnsanı məhv etmək olar, ancaq ona qalib gəlmək olmaz.

- Yazar ömrü...

- Siz nə qədər çox yazırsınızsa bir o qədər çox tənhalaşırsınız. Siz tənha
şəkildə işləməlisiniz, işləmək  üçün isə gündən günə daha az vaxt qalır, və siz onu hədər sərf edirsinizsə, anlayırsınız ki, günah edirsiniz və o bağışlana bilməz.  

Elmin Nuri  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi