Modern.az

Koroğlu Qıratı daha çox minib, yoxsa Düratı?

Koroğlu Qıratı daha çox minib, yoxsa Düratı?

Mədəni̇yyət

15 İyun 2013, 16:10

Son bir həftədə şou gündəminin bir mövzusu var - Aygün Kazımova - Brilliant Dadaşova qalmaqalı. Artıq məsələ o həddə çatıb ki, “xalq artisti” titulunu daşıyan tərəflər bir-birinin illər öncə xiyarla, badımcanla çəkdirdiyi şəkilləri ortaya çıxarıblar. Çıxarıblar deyəndə ki, çıxartmalı bir şey də qalmayıb. Hətta bu yaxınlarda Brilliant Dadaşova Aygün Kazımovaya “o fahişədir” demişdi və bu xəbər bütün sarı mətbuatın manşetini bəzmişdi.
Bilirsiniz nə yadıma düşdü? Dünən Facebook-da belə bir lətifə paylaşılmşdı. Deməli, iki uşaq mübahisə edir ki, Koroğlu ən çox Qıratı minib, yoxsa Düratı? Uşaqların atası gəlib hərəsinə bir qapaz vurub deyir ki, Koroğlu ən çox Nigarı minib.


İndi iki xalq artistinin bir-birinin ünvanına küçə söyüşləri yağdırması, xiyarlı, badımcanlı şəkil paylaşımları təəccüb doğurmamalıdır. Kimin fahişə olduğunu sübut etmək isə biz jurnalistlərin işi deyil, qoy özləri ayırd eləsinlər.
Hə, yeri gəlmişkən, bir vaxtlar bu xalq artistlərindən biri Türkiyə mətbuatına açıqlamasında bildirmişdi ki, üç min kişi ilə yaxınlıq edib. Görəsən “Ginnesin Rekordlar kitabı” hara baxırmış? O biri də ki...

Bilmirəm, bu təklif nə qədər tutarlı olacaq, ya yox. Amma Əkrəm Əylisli məsələsində gördük ki, dövlət tərəfindən verilən fəxri adlar geri alına bilir. Eyni məntiqdən çıxış etsək, hər ikisi “xalq artisti” kimi böyük fəxri ad daşıyır bu xanımların. Fikrimcə, xiyar-badımcan mübahisəsi edən birilərinin bu adı daşımasına lüzum yoxdur. Əgər belə deyilsə, onda vaxtilə bu adı daşımış Rəşid Behbudov, Şövkət Ələkbərova və onlarla digər dəyərli sənətkarlar ölümündən sonra bu addan məhrum edilməlidirlər.

İndi Aygün Kazımova - Brilliant Dadaşova söhbəti camaatı çaşbaş salıb. Bilmək olmur ki, Koroğlu Qıratı daha çox minib yoxsa Düratı.

P.S. Sizcə hansını?

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?