Modern.az

Azərbaycanda adambaşına düşən mənzil sahəsi arta bilər

Azərbaycanda adambaşına düşən mənzil sahəsi arta bilər

17 İyun 2013, 11:07

Bir çoxlarının dediyinə görə, hazırda Bakıda mənzil kirayəsinin qiymətləri Avropadakı qiymətləri ötüb. Son bir neçə aydır əmlak bazarında ciddi qiymət artımı müşahidə edilir. Ekspertlərin çoxu bu bahalaşmanı ipoteka kreditləri ilə əlaqələndirirlər. Bəlli olduğu kimi, bu il dövlət büdcəsindən ipoteka kreditləşməsi üçün nəzərdə tutulan vəsaitin həcmi 2 dəfə artırılıb. Ümumilikdə isə 2013-cü ildə ipotekaya 100 milyon manat həcmində vəsaitin yönəldilməsi planlaşdırılıb.

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı da deyir ki, istirahət mövsümünün olmasına baxmayaraq mənzil bazarında qiymət artımı müşahidə olunur. Onun sözlərinə görə, proses o qədər dinamik xarakter alıb ki, qiymətlər artıq 2008-ci ildə qeydə alınmış ən yüksək göstəricilərə yaxınlaşıb.

“Aparılan tədqiqatlar göstərir ki, qiymət artımının əsas səbəbi ipoteka kreditləşməsidir. Söhbət ondan getmir ki, ipoteka kreditləşməsində bazarda ciddi aktivlik yaranıb. Əksinə, əsas səbəb ipoteka nəticəsində təkrar mənzil bazarında evlərin bir hissəsi uzun müddətə dövriyyədən çıxarılıb. Yəni ipotekaya verilən evlər 25-30 illiyinə satıldığından həmin mənzillərin bir də 20-30 ildən sonra yenidən bazara qayıtmaq ehtimalı var. İlkin bazardakı mənzillər isə sənəd probleminə görə bazara çıxarıla bilmir yəni ipoteka prosesinə cəlb edilə bilmir. Amma təkrar mənzil bazarında təklifin azalması prosesi getdiyindən də qiymətlərdə kəskin şəkildə artım baş verir. Hətta qiymətlər o səviyyədədir ki, göstəricilər 2008-ci ildəki qiymətlərinə yaxınlaşıb. Təkrar mənzil bazarında orta qiymət 1 kvm üçün 1200 dolları ötüb. İlkin mənzil bazarında isə bu rəqəm 1050-1100 manat arasında dəyişir. İlkin mənzil bazarında hazırda qiymət artımı müşahidə olunmasa da qiymətlərin son 6 ayda təxminən 30 %-ə qədər artımı müşahidə olunub”.

Azərbaycanda qiymət artımına baxmayaraq ölkədə bir nəfərə düşən mənzil sahəsi MDB məkanında ən sonuncu göstəricilərdəndir. Belə ki, Avropa ölkələrində bu göstərici 30, Rusiyada, Ukraynada 25-27 kvm-dən yuxarı olduğu halda, Amerikada 42 kv metrdir. Azərbaycanda isə bu rəqəm 18 kvm-dir. Amma Azərbaycanda adambaşına düşən mənzil sahəsinin göstəricisi real deyil. Hazırda ölkənin mənzil fondu  isə 162 milyon kvadrat metrdir.

Ramil Osmanlı deyir ki, Azərbaycanda bu gün xeyli sayda sənədləşdirilməmiş, qeydiyyata alınmamış evlər var ki, həmin mənzillər mənzil fonduna daxil edilmir. Ona görə də adambaşına düşən mənzil sahəsinin göstəriciləri də real deyil. Ekspertin sözlərinə görə, həmin mənzillər mənzil fonduna daxil edilərsə Azərbaycanda təxminən orta yaşayış kvadratı bir neçə dəfə arta bilər:

“O ki, qaldı məskunlaşma ilə bağlı məsələyə Azərbaycanda əhalinin təxminən 40% yaxını normal məskunlaşa bilir. Qalan 60% -i isə məskunlaşma ilə bağlı ciddi problemləri var. Rayonlarda mənzillərdə elə də ciddi qiymət artımı olmasa da, torpaq sahələrinin qiymətində artım var. Ən baha və aktiv region Quba-Xaçmaz rayonudur. Ölkənin digər ərazilərində isə məsələn, Zaqatalanın mərkəzində torpağın bir sotunun qiyməti bəzi yerlərdə hətta 10 min manata təklif olunur”.     

Gültəkin ƏLƏSGƏR       

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir