Modern.az

Dünyanın ən qəliz 10 kitabını müəyyənləşdirdilər

Dünyanın ən qəliz 10 kitabını müəyyənləşdirdilər

Ədəbi̇yyat

17 İyun 2013, 11:13

Ədəbiyyat xəbərləri və bu sahə üzrə maraqlı məlumatlar verən nüfuzlu “The Millions” internet saytı oxunması ən məşəqqətli, ən ağır olan 10 kitabı müəyyənləşdirib.

Saytdan Emili Kolette və Qart Risk Hallberq uzun illər boyu apardıqları araşdırmalar nəticəsində  həmin kitabları müəyyən ediblər.

Cümlələrin uzunluğu, sintaksis forması, struktur və ümumi xüsusiyyətləri ilə qəribə təcrübi texnikaları və digər kriteriyaları nəzərə alaraq uzun müzakirələrdən və araşdırmalardan sonra dili qəliz, strukturu mürəkkəb olan 10 kitabı oxuculara təqdim ediblər.

Siyahıda Cuna Barnesin “Gecəni Anlat Mənə” , Conatan Sviftin “Çəlləyin nağılı” adlı satirik romanı, Virginia Voolfun “Dəniz Fənəri” , Samuel Riçardsonun “ Klarrissa , yaxud gənc ledinin tarixçəsi”, Ceyms Coysun  ən əhəmiyyətli romanlarından olan “Dublinlilər” romanı  da var. Siyahıda  daha sonra  filosoflar G.F. Hegel və Martin Heydeggerin esseləri ,   Spenserin  “Pərilər şahzadəsi “adlı əsəri, Qartrud Steynin “Anerikanın dirçəlişi “  araşdırması və son olaraq Jozef McElroyun “qadın və kişi” kitabı da yer alıb.

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir