Modern.az

Ayətullah Xamnei İranın təzə prezidentinə göstərişlərini verdi

Ayətullah Xamnei İranın təzə prezidentinə göstərişlərini verdi

17 İyun 2013, 11:47

İranda keçirilən 11-ci dövr prezident seçkilərində qalib gəlmiş islahatçı namizəd Həsən Ruhani bu ölkənin ali dini lideri Ayətullah Xamnei ilə görüşüb.

Modern.az İran mətbuatına istinadən xəbər verir ki, seçkilərin yekun nəticələrinin açıqlanmasından sonra Həsən Ruhani Xamnei ilə görüş keçirib. Görüş zamanı Ayətullah Xamnei yeni seçilmiş prezidentə gələcək işində uğurlar arzulayaraq lazımi göstərişlər də verib.

Xatırladaq ki, iyunun 14-də İranda prezident seçkiləri keçirilib. Altı namizədin (Səid Cəlili, Möhsün Rzayi, Həsən Ruhani, Məhəmməd Baqir Qalibaf, Məhəmməd Qərəzi və Əli Əkbər Vilayəti) mübarizə apardığı seçkidə islahatçı namizəd hesab olunan Həsən Ruhani 51 faiz səslə qalib gəlib. 

Aqşin KƏRİMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir