Modern.az

Aygün Kazımova və Briliant Dadaşovadan Xalq artisti adı geri alınsın - MÖVQE

Aygün Kazımova və Briliant Dadaşovadan Xalq artisti adı geri alınsın - MÖVQE

17 İyun 2013, 12:53

Son günlər bir neçə Xalq artisti etikadan kənar davranışları ilə bütün cəmiyyətin diqqətini çəkir. Xalq artistlərinin belə “mədəniyyət” nümayiş etdirmələri cəmiyyətdə ciddi narazılıqlar yaradıb.

Son günlər bəzi mətbu orqanların əsas mövzusuna çevrilən Xalq artistləri Brilliant Dadaşova ilə Aygün Kazımova qalmaqalıda bu qəbildəndir.

Xalq artistlərinin biri-birini vulqar sözlərlə ittiham etməsinin nəticəsi olaraq onlara verilən bu adlar geri alınmalıdır. Artıq cəmiyyətdə bu fikirlər hakim kəsilib.

Modern.az Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Jalə Əliyevadan məsələyə münasibət öyrənib. Xanım deputat bildirib ki, etikadan kənar ifadələr işlətməyə görə kimisə Xalq artisti adından məhrum etmək absurddur:

“Bu, cənab Prezidentin sərəncamı ilə verilən bir qərardır”-deyən komitə üzvü bildirib ki, sənətçilər arasında zaman-zaman meydana gələn bu cür problemlər olmasa, daha yaxşı olar: “Gündəmi bu kimi açıqlamalarla, biri-birlərinə qarşı təhqir və böhtan yağdırmaqla deyil, birlik nümayiş etdirərək, qarşılıqlı dəstək olmaqla zəbt etsələr cəmiyyət üçün də nümunə olarlar”.
Deputat sənət adamlarının ictimaiyyətdə diqqət mərkəzində olmalarını xatırladaraq onları cəmiyyətə örnək olmağa çağırıb: “Belə olsa, toplumun inkişafına da daha çox töhfə vermiş olarlar”-deyə vurğulayıb.

Xalq artisti Mənsum İbrahimov Modern.az-a açıqlamasında qeyd edib ki, sənətçilər arasındakı qalmaqallı müzakirələrə qoşulmur.

Bununla belə tanınmış xanəndə və ictimailəşmiş şəxs kimi öz fikirlərini də gizlətməyib: “Düşünürəm ki, sənət adamı öz yaradıcılıq işi ilə gündəmdə qalmalı və cəmiyyətə nümunə olmalıdır. Hesab edirəm ki, onlar bu cür qalmaqallardan uzaq durmalıdırlar. Belə işlərə yaxşı baxmıram və təəssüf edirəm. Xalq artisti adının onlardan geri alınması isə yalnız Prezidentin səlahiyyətidir. Dövlət tərəfindən verilən fəxri adlardan məhrum etməyə Prezidentdən başqa heç kimin ixtiyarı yoxdur”-deyə bildirib.

Aqşin KƏRİMOV
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır