Modern.az

Nazim Hikmətin övladlığa götürdüyü Çingiz Fərəcov: “16 il onun bədəninə su dəymədi”

Nazim Hikmətin övladlığa götürdüyü Çingiz Fərəcov: “16 il onun bədəninə su dəymədi”

17 İyun 2013, 15:29

Hazırda 61 yaşı olan və Kənd Təsərrüfatı Nazirliyində məsləhətçi vəzifəsində çalışan Çingiz Fərəcovu böyük şair Nazim Hikmət uşaqikən övladlığa götürüb. Bu yazıda həmin hadisənin tarixçəsini və Fərəcovun Nazim Hikmət haqqında maraqlı xatirələrini oxuya bilərsiz:

1952-ci il… Çingiz Fərəcov, Füzuli şəhərində uşaq evində yaşayır. 10 yaşına qədər hər uşaq kimi o da burada pis şərtlər altında həyatını davam etdirir. Bir gün müəllim əlinə bir şeir verib 'bunu əzbərləyin hər gün imtahan edəcəyəm' deyir.
Kiçik Çingizin həyatının dönüş nöqtəsi bu şeir olur. Şeirləri əzbərdən öyrənir. O günə qədər nə Nazim Hikmət, nə də Türkiyə barədə eşidən Çingiz, 1952-ci ilin iyununda Nazim Hikmətin qarşısına çıxıb bu şeiri oxuyur. Şeirə və uşağa valeh olan şair onu övladlığa götürür.
O andan etibarən də həyatı dəyişir. Çingiz Fərəcov indi 61 yaşındadır və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində məsləhətçi vəzifəsində çalışır.O, Nazim Hikmətlə tanış olmağını bu cür xatırlayır:
"1952-ci ildə 10 yaşında bir uşaq idim. Azərbaycanın Füzuli bölgəsində yetimxanada qalırdım. Sovetlər Birliyində bütün yetimxanada 100 uşaq Moskvaya aparılacaqdı, məni də bu qrupa daxil etdilər. Əvvəl Bakıya gəldik, bir konfrans salonuna toplandıq. Kütlənin qarşısında daha əvvəl əzbərlədiyim Nazimin şeirini səhvsiz oxudum. Hər kəs alqışladı. Daha sonra formalar tikildi və 3 günlük qatar səfəri sonunda Moskvaya çatdıq. Nəzarətçimiz Dilara Salamova idi. Mənə, "Sabah, Yazarlar Birliyinə gedəcəyik, bir çox yazarla tanış olacaqsan "dedi. Hətta "Stalin də orada olacaq" dedi. Stalini görmək bizim üçün xəyal belə edilə bilməzdi. Sırayla o dövrün şair və yazıçılarına aid şeirləri oxuduq. Mənim növbəm sonlara doğru idi, oxudum çox bəyənildi, alqışlandı. Xatırladığım qədəriylə bir neçə misrasını deyə bilərəm:

Mən səndən əvvəl dünyadan
köçmək istəyirəm
Mən öləndə məni yumazsınız, məni
bastırmazsınız
Məni yandırıb külümü bir şəffaf
şüşəyə tökərsiniz
Məndən sonra sən gəlir, səni də
bastırmasınlar
Səni də yandırıb mən olan şüşəyə
Töksünlər.
Biz həyatda qovuşamadıq, heç
olmazsa küllərimiz qovuşacaq

Ön sırada uzun boylu, buruq saçlı, qırmızı bığlı biri mənə yaxınlaşdı, məni qucaqladı, öpdü. "Məni tanıyırsanmı?" dedi. Tanımadığımı söyləyincə "oxuduğun şeiri mən yazdım" dedi, haralı olduğumu soruşdu. Bu vaxt Dilara xanım gəldi yanımıza. Mənim rusca qeyri-kafi bildiyimi, yetimxanada yaşadığımı öyrənincə mənə bir neçə dəfə sarıldı. "Mənim də sənin yaşlarında bir Mehmetim var, amma çox uzaqda məndən" dedi. Məni gəzməyə aparmaq üçün icazə istədi. Yanında bir qadın da vardı. Galina Grigoryevna Kaleşnikovanı arvadı olaraq təqdim etdi. Moskvanı gəzdirdi o gün mənə. Ağ bir köynək və şalvar aldı, yedik, içdik gün boyu. Nazim əmi dayanmadan ağlayırdı. Axşam olunca məni otelə buraxdılar. Ertəsi gün biz Azərbaycana geri döndük.
Qısa bir zaman sonra yetimxana Şuşaya köçdü. Bir gün müəllimim Gümrü Kərimova məni katib İdris Məhərrəmovun yanına apardı. Katib mənə "Nazim Hikmət səni övladlığa götürmək istəyir, Moskvaya aparıb oxudub böyüdəcək, artıq onun yanında qalacaqsan, qəbul edirsənmi?" deyə soruşdu, tərəddüdsüz qəbul etdim.

Müəllimlə birlikdə Moskvaya gəldik. Qatar stansiyasında bizi Nazim Əmi və Qalina xanım qarşıladı. Evlərinə getdik, iki mərtəbəli balkonlu çox gözəl bir ev idi, ayrıca dörd otaqlı ev kirayələmək bir evi daha vardı Nazim Hikmətin. Mənimlə çox yaxşı davranırdılar. Həyatım bir şeirlə tamamilə dəyişmişdi, yeni bir məktəbə gedirdim, çox yoldaşım olmuşdu. Bir çox oyuncaq əşyaya qovuşmuşdum. Hər şey mənə yuxu kimi gəlirdi.
Nazim Hikmət, suyla özünə edilən işgəncələrdən ötəri sudan nifrət edirdi. Bir gün belə yuyunduğunu görmədim. Bu səbəblə Qalina ilə davamlı mübahisə edərdilər. Galina çox gözəl və yaxşı ürəkli bir qadın idi. Nazim əmini xiyar lasyonuyla silər temizlerdi. Qalina onu bir həkim kimi müayinə edərdi. Türkiyə sevgisi hər zaman onu ağladırdı. Bir gün dönə bilmək ən böyük istəyi idi.
Rus dilini pis bildiyim üçün adaptasiya problemi yaşayırdım, vətən üçün darıxmışdım. Dönmək istədiyimi söyləyən vaxt məni hər dəfə razı salardılar. Bir gün Qalina evə gələndə aralarında mübahisə düşdü, səs-küyə qonşular gəldi. Nazim əmi mənə bir yumruq atdı, mən o gün qəti olaraq dönməyə qərar verdim. Qonşuların da köməyilə yük qatarı ilə 5 gündə Bakıya, oradan da Şuşaya çatdım. Amma Nazim Hikmət məni heç unutmadı, davamlı axtardı, hədiyyələr göndərdi. Bu zaman ərzində bir neçə dəfə də Bakıda görüşdük. Ölən vaxt dəfninə getdim, yoldaşı Münəvvər xanım və oğlu Mehmet də gəlmişdilər. Moskvada “Novaya device” qəbiristanlığında torpağa tapşırıldı.

Nazım Hikmet mənə "Ən böyük arzum bir gün Türkiyəyə dönmək, o olmazsa məzarım orada olsun, o da mənə yetər" demişdi.

Elmin Nuri

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub