Modern.az

Baş nazir istefa verdi

Baş nazir istefa verdi

Dünya

17 İyun 2013, 22:51

Çexiya polisinin misli görümnəmiş miqyaslı əməliyyatı başlanandan dörd gün keçdikdən və yüksək vəzifəli siyasətçilərin və məmurların, o cümlədən hökumət aparatının qadın rəhbərinin həbsindən sonra baş nazir Petr Neças istefa verdiyini elan edib.

BBC-nin məlumatına görə, Vətəndaş Demokratik Partiyasının rəhbəri Petr Neças deyib ki, bazar ertəsi baş nazir və partiya başçısı vəzifələrini tərk edir.

Baş nazirlə birlikdə bütün hökumət kabineti də istefa verəcək və daha iki partiyadan təmsil olunan hakim koalisiya yeni kabinet tərtib etməyə çalışacaq.

Cümə günü prokurorluq Petr Neçasın yaxın silahdaşı, hökumət aparatının başçısı xanım Jana Nagyova-nı korrupsiyada və hakimiyyətdən sui-istifadə etməkdə ittiham edib.

İttiham polis tərəfindən bir neçə dövlət müəssisələrində və özəl şirkətlərdə keçirilən yoxlama nəticəsində 8 milyon dollar nağd pul, onlarla kiloqram qızıl və sənədlər müsadirə edildikdən sonra irəli sürülüb.

İstintaq iddia edir ki, Nagyova iki sabiq parlament üzvünə rüşvət verib, parlament yerləri əvəzində onlara dövlət şirkətlərində vəzifələr təklif edib. Bundan başqa Nagyova hərbi kəşfiyyata üç nəfəri izləməyə əmr verməkdə ittiham olunur.

İzlənən şəxslərdən biri Petr Neçasın həyat yoldaşı Radka Neçasova olub. Nagyovanın həbsi ərəfəsində Neças arvadı ilə boşandığını elan edib.

Nagyovadan başqa, polis sözügedən iki sabiq millət vəkilini, bir keçmiş naziri, habelə hərbi kəşfiyyatın sabiq və mövcud rəhbərlərini həbs edib.

Çexiya polisinin miqyaslı əməliyyatı çərşənbə günü, iyunun 12-də başlayıb. Hökumətin mərkəzi aparatında, Müdafiə Nazirliyində, Praqa şəhər hakimiyyətinin otaqlarında, bir bankda, bir dövlət şirkətində, paytaxtın başqa yerlərində və Çexiyanın başqa şəhərlərində axtarışlar keçirilib.

Petr Neças cümə axşamı təcili çağırdığı mətbuat konfransında Nagyovanın və digər həbs olunanların günahsızlığında əmin olduğunu bəyan edib.

“Mən yalnız deyə bilərəm ki, mənim ona olan etibarım sarsımayıb və onun hər hansı bir qeyri-qanuni hərəkət etdiyində şübhələnməyə əsasım yoxdur”/.

Daha sonra o yalnız baş verənlər üçün siyasi məsuliyyətin öz üzərinə düşdüyünü etiraf edib.

“Mən çox yaxşı başa düşürəm ki, şəxsi həyatımın dolaşıqlığı Çexiya siyasəti və Vətəndaş Demokratik Partiya üçün problemə çevrilir”, - Neças deyib.

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir