Modern.az

“Mən birinci yeri tutdum, Alim Qasımov ikinci oldu” - MÜSAHİBƏ

“Mən birinci yeri tutdum, Alim Qasımov ikinci oldu” - MÜSAHİBƏ

18 İyun 2013, 12:04

Modern.az saytında “Biri var idi” rubrikasının beşinci qonağı el arasında yetərincə məşhur səs olsa da, son zamanlar nadir hallarda efirdə görünür. Elə təkcə “Əmiqızı” adlanan mahnının adını çəkmək kifayətdir ki, söhbətin kimdən getdiyini anlayasınız. Amma bəlkə də çoxları hələ də bu ifaçının adını xatırlaya bilmədi. Beləliklə, müsahibim bir zamanların tanınmış müğənnisi Tağı Salahoğludur.


- Hələ ki heç bir iş görmürəm.

- Yeni mahnınız da yoxdur?

- Bu il ”Səbuhi studiyasında “Ağlama sən” adlı albomum çıxdı.

- Alboma görə siz studiyaya pul verdiniz, yoxsa onlar sizə?

- Özüm buraxdırıram diski.

- Diskdən gəlir götürürsünüz?

- Xeyr, heç nə.

- Son zamanlar niyə efirdə yoxsunuz?

- Dəvət eləsələr, yəqin ki, olaram.

 - İndi efirlər pulludur. Pul verib efirə çıxmaq istəmirsiniz?

- Özəl telekanallarda qiymət bahadır. Ona da imkan yoxdur.

-Neçəyə?

- Verilişə baxır da. Məsələn, 1000-1500 arasındadır.

- Əvvəl efirə çıxanda pul vermisiniz?

- Heç vaxt. Əvvəl AzTV-yə, “Space”ə çox dəvət edirdilər.

- Əgər aşağı qiymət desələr, o pulu ödəyib efirə çıxarsınız?

-Deyəsən müqaviləylədir. Pulunu ödəyirsən. Hər verilişin öz qiyməti var.

- Belə başa düşdüm ki, fəalliyyətiniz ancaq toylarla bağlıdır.

- Əvvəl filarmoniyada da işləyirdim. Sonra çətin oldu. Niyazinin vaxtından işləmişəm. 2005-ci ildə filarmoniyadan çıxdım.

- O cür sənətkarlarla çalışmısınız. Amma elə bir dövr olmadı ki, siz parlayasınız, çox populyar olasınız. Bu şans məsələsidir, yoxsa özünüz istəmədiniz?

-Yəqin ki, şans gətirmədi. Çünki mən 1988-ci ildə keçirilən ümumrepsiblika muğam festivalında birinci yeri tutmuşam. Həmin vaxt Alim Qasımov, mən, Sahibə Əhmədova, Qəndab Quliyeva olub. Münsiflər heyətində Şövkət Ələkbərova idi.

- Həmin festivalda siz birinci olanda Alim Qasımov neçənci yeri tutmuşdu?

-Mən birinci yeru tutdum, Alim Qasımov ikinci oldu. O vaxt mən rayonda olurdum, Alimgil Bakıda yaşayırdılar. 1987-ci ildə Bakıya gıəldim. O vaxt da efirə çıxmaq çox çətin idi. Hara getdim qapını üzümə bağladılar.

- Amma bir məsələ də var. Alim Qasımov dəstgahlar, muğamlar oxuyanda siz toy mahıları oxudunuz.

- Bilirsiniz, məndə küskünlük yarandı.

- Kimlərə qarşı?

-Televiziyaya, radioya gedirdim. Deyirdilər ki, “get altı aydan sonra gəl”. Ondan sonra keçdim mahnı stilinə çörəyimin xatirinə. Yenə də toylarda muğam oxuyuram. Rəhmətllik Məmədbağır çox gözəl muğam ustası idi. Amma pula görə toylara gedirdi.

- İndi toylara neçəyə gedirsiniz?

-Allah haqqı kim nə versə. Elə olub ki, pulsuz da oxumuşam.

- Konkret.

- 300-500 manat da versələr razılaşıram.

- Sənət yoldaşlarınızla əlaqələriniz var?

- Hərdən imkan olduqca görüşürük.

- İndi də Ağcəbədidə yaşayırsınız?

- Bəli. Burda da evim var, gəlib gedirəm.

- Burda qalıb yaradıcılığınızı davam etdirmək fikriniz var?

- İndi çətindir. Onu çox adam mənə deyir. İndi səsyazma studiyasının saatı əlli manatdır.

- Amma Türkiyədə 200 manatdır.

- Elə olur ki, bir mahını dörd saata yazdırırsan. Hərənin öz imkanı var.

- Nə vaxtsa bəstəkarlarla işləmisiniz?

- Nəriman Məmmədovla , Ramiz Mirişliylə, Telman Hacıyev Filarmoniyanın bədii rəhbəri olanda onunla işləmişəm.

- “Ay kasıb oğlan” mahnısını da siz oxumusnuz.

- Yox.

- Amma bir ara “Tormuz Hüseyn” adlı bir manısı oxumuşdunuz.

- Toyda oxumuşam. Hərənin bir zövqü var da. Mən “‘Əmiqızı” mahnısıyla tanınmışam. “Etibarsız”, “Gözəl sən haralısan?”, “Gülpəri”, kimi mahnılar oxumuşam.

- Amma bunlar ara mahnılarıddır.

-Bunlara ara mahnısı deyirik. Ermənilər oxuyanda deyirik ki, “niyə oxudu?”.  Əsəs mahının xalq tərəfindən qəbul olunmasıdır.

- Deyəsən Facebookda da varsınız.

- O profili kimsə açıb, heç xəbərim də yoxdur. Heç kompüterdən başım çıxmır.

- Gənc ifaçıları dinləyirsiniz?

- Dinləyirəm. Demək qeybət çıxmasın, elə bil indiki oxuyanlar hamısı bir-birinin ağzına tüpürüb. Eyni şeylərdir. Amm aralarında yaxşı oxuyanlar da var. Çox darıcxdırıcı oxuyurlar.

- Çatmayan nədir?

- Məktəb görməyiblər. Kim necə istəyirsə, oxuyur.

İntiqam Valehoğlu    
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?