Modern.az

Oqtay Əsədov İstanbuldakı konsul Səyyad Arandan şikayət edib

Oqtay Əsədov İstanbuldakı konsul Səyyad Arandan şikayət edib

2 Aprel 2010, 13:02

Modern.az xəbər verir ki, Milli Məclisin aprelin 2-də keçirilən iclasında deputat Gülər Əhmədova bir müddət öncə Çanaqqalada həlak olan azərbaycanlı şəhidlərin adının əbədiləşdirilməsi zamanı Azərbaycanın İstanbuldakı konsulluğunun xoşagəlməz hərəkətə yol verdiyini vurğulayıb. Deputat bildirib ki, Beynəlxalq Diaspor Mərkəzi Çanaqalada həlak olan azərbaycanlı şəhidlərin adının əbədiləşdirilməsi üçün Türkiyə hökumətinə müraciət etmişdi. Sonra Türkiyə tərəfinin tövsiyyəsilə məsələ ilə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyinə də müraciət olunub. Bu müraciət əsasında Çanaqalada həlak olan azərbaycanlı şəhidlərin adının əbədiləşdirilməsi üçün xatirə lövhəsi hazırlanıb. Deputat deyib ki, xatirə lövhəsi türk toprlaqalrının azadlğı uğrunda Çanaqqalada həlak olan şəhidlərin və iki dövlətin qardaşlağını, əbədi birliyini təcəssüm etdirir. G.Əhmədovanın sözlərinə görə, Azərbaycanın İstanbuldakı konsulluğuna məktub göndərilib ki, Çanaqqalada xatirə lövhəsinin qoyulmasına kömək etsin və keçiriləcək mərasimdə Azərbaycanın Türkiyə Cümhuriyyətindəki diplomatik korpusu adından iştirak etsin. Amma Beynəlxalq Diaspor Mərkəzi Çanaqqalada xatirə lövhəsini qoymaq istəyəndə əvvəlcə buna nail ola bilməyib. Millət vəkili deyib ki, Azərbaycanın Türkiyədəki səfirliyi və İstanbuldakı Konsulluğu arasındakı anlaşılmazlıq, kiminsə öz səlahiyyətlərini aşması, laqeydlik səbəbindən çox böyük bir olay yaşanıb. İstanbuldakı konsulluğun əməkdaşları tədbirə qatılmayaraq biganəlik göstəriblər. Çanaqqala valiliyi xatirə lövhəsinin qoyulmasına izn vermək istəməyib. “Biz məcbur olub Baş nazir Ərdoğandan xahiş edəndən sonra lövhəni yerinə qoya bildik”. Gülər Əhmədova tələb edib ki, Xarici İşlər Nazirliyi qarşısında Aazərbaycanın İstanbuldakı Konsulluğunun yarıtmaz işi barədə məsələ qaldırılsın.

O, həmin mərasimə gedən 4 millət vəkilinə sayğısızlıq göstərildiyini bildirib. Milli Məclisin Sədri Oqtay Əsədov deyib ki, Azərbaycanın İstanbuldakı konsulu Səyyad Aran 5 il Milli Məclisin deputatı olub və onun hərəkəti təəssüf doğurur: “Təəssüf ki, deputatlara belə biganəlik göstərilib. Mən xarici işlər nazirilə söhbət etdim və onunla bağlı məsələ öz həllini tapacaq”. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir