Modern.az

Deputat liderlik dərsi keçdi – FOTOLAR

Deputat liderlik dərsi keçdi – FOTOLAR

18 İyun 2013, 15:07

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bu günlərdə əhalinin bir sıra sosial qrupları ilə ardıcıl görüşlər keçirib.  Fiziki imkanları məhdud olan insanlarla keçirilən görüşlərdə bu sahədə mövcud olan qanunvericilik aktları, direktiv sənədlər - əmr və sərəncamlar çözülüb, bu qrup insanların hüquqi biliklərinin artırılmasına xüsusi diqqət yetirilibdir.

Polemika istiqamətli çıxışlarda əlilləri düşündürən və qayğılandıran bir sıra məsələlər gündəmə gətirilib. Qanunlara gələcəkdə əlavə və dəyişikliklər edilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Çıxış edən Zəhra Rəsulova, Firdovsi Mirzəyev, Fizuli Hüseynov dövlətin onlara göstərdiyi qayğı və diqqətdən razı qaldıqlarını bildiriblər.

Söhbət əsnasında YAP-ın V qurultayının qərarlarına da xüsusilə diqqət yetirilib. Onlar prezident İlham Əliyevin yenidən prezidentliyə namizəd irəli sürülməsini yüksək qiymətləndiriblər. Bildiriblər ki, bu Azərbaycan xalqının bütün sosial qruplarının arzu və istəklərini özündə ehtiva edən müdrik və əsaslı bir qərardır. Görüş iştirakçılarının hər biri onların qohumları, dostları, tanışları ilə birlikdə bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərində ancaq İlham Əliyevə səs verəcəklərini bir daha səsləndiriblər.

Azal şirkətinin bir qrup əməkdaşı həftəsonu istirahətlərini müəssisələrinin həmkarlar təşkilatı tərəfindən yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğulayıblar.

Onlar qeyd ediblər ki, müəssisənin əməkdaşları ilboyu rəhbərlik və həmkarlar komitələri tərəfindən həftəsonu istirahətlərinin təşkilindən razıdırlar. Bu bir daha onu göstərir ki, özəl şirkətlər Azərbaycanda işçiləri üçün qısa müddətli istirahətin təşkilində dünya təcrübəsindən artıq yararlanmağa başlayıblar.

Söhbət zamanı ölkəmizdə mövcud olan özəl şirkət və konsernlərin də bu təcrübədən geniş istifadə etməsinə diqqət yetirildi və bu sahədə qanunlarda müvafiq əlavə və dəyişiklliklərin edilməsi arzu olunub.

Son günlər mətbuatda tez-tez uşaqların asudə vaxtının təşkili ilə bağlı teledebatlara, sosial çağırışlara rast gəlmək olur. Artıq ölkəmizdə uşaqlar üçün pioner düşərgələri tipli asudə vaxtın təşkili məsələsinin labüdlüyü yaranmış və artıq bu heç kəsdə şübhə doğurmur.

Ölkə miqyaslı çağırışlara cavab olaraq Gənclər və İdman Nazirliyi uşaqların liderlik klublarında yay istirahətini reallaşdırmaq istiqamətində ardıcıl addımlar atır.

Ölkəmizin bütün bölgələrindən olan uşaqlar belə düşərgələrdə təşkilatlanma, idarəetmə, zərərli vərdişlərdən yayınma texnologiyalarını öyrənir, liderlər səfiri sertifikatını alaraq öz məktəblərinə, məhəllələrinə qayıdırlar.

Uşaqlarla görüşdə millət vəkili onlara bir saatlıq liderliyin əsasları  mövzusunda əyani nümunələrlə dolu maraqlı müharizə oxuyub. Mühazirədən sonra uşaqları düşündürən suallara cavab verilibdir.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir