Modern.az

İsa Qəmbər təklənir? - Politoloq: “O, Rüstəm İbrahimbəyova görə ehtiyatlı mövqe tutmağa məcburdur” - Şərh

İsa Qəmbər təklənir? - Politoloq: “O, Rüstəm İbrahimbəyova görə ehtiyatlı mövqe tutmağa məcburdur” - Şərh

18 İyun 2013, 17:17

Son günlərdə Milli Şurada təmsil olunan bir neçə partiya sədri ard-arda öz namizədliklərini Şura sədri Rüstəm İbrahimbəyovu xeyrinə geri götürdü. Milli Şuranın vahid namizədinin kim– Rüstəm İbrahimbəyov yaxud İsa Qəmbər olacağı barəsində Modern.az-ın sualını “Atlas” Araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu cavablandırdı.

Elxan Şahinoğlu Rüstəm İbrahimbəyovu daha şanslı hesab edir^

“Ümumiyyətlə, rəhbəri olduğum Mərkəz may ayında analizlər keçirdi ki, Milli Şura yaranacaqsa, Rüstəm İbrahimbəyovun namizədlik şansları daha yüksək qiymətləndirilir.
Bunun səbəblərini də sıralamışdıq. Birincisi, maliyyə imkanı. Kobud desək, müxalifətdə Rüstəm İbrahimbəyovda olan qədər maliyyə imkanı yoxdur.
İkinci üstünlük budur ki, onun siyasi iddiaları o qədər çox deyil. Hər hansı siyasi partiyanın lideri deyil. Prezident seçilərsə, iki il müddətinə ölkəyə rəhbərlik edəcək. Ona görə digər namizədlərdən daha uyğundur. Həqiqətən də Rüstəm İbrahimbəyovun fəaliyyəti müsbət qiymətləndirilir. Rəsul Quliyev kimi iddialı şəxs, Lalə Şövkət kimi iddialı şəxs İbrahimbəyovun xeyrinə öz namizədliyini geri götürdü. İsa Qəmbərə gəldikdə sırf obyektiv baxımdan mən onu başa düşə bilərəm. Namizədliyi irəli sürülən ilk şəxs idi. Tərəfdarları da onu dəstəkləyirdi. Bu, birinci səbəbdir ki, İsa Qəmbər namizədlini geri götürmür. İkinci səbəb Rüstəm İbrahimbəyovun namizədliyi ilə bağlı qeyri-müəyyənlikdir. O nə vaxt qayıdacaq, Milli Şuranın vahid namizədi olmağa razılıq verəcəkmi və s. İsa Qəmbər də onun tərəfdarlarının təzyiqi altındadır. O, Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyə də bilərdi. Amma o görəndən sonraki Rüstəm İbrahimbəyov qəti addımlar atmayır, Bakıya qayıtmır və namizədliyini elan etmir, İsa Qəmbər mahir siyasətçi kimi qəti mövqedən çıxış etmir. Müsahibəsində də qeyd edir ki, ortaya bir mövqe qoyulmalıdır. Rüsəm İbrahimbəyovun qeyri-müəyyən mövqeyi İsa Qəmbəri ehtiyatlı mövqe tutmağa vadar edir. Yox əgər Rüstəm İbrahimbəyov Bakıya qayıtsa və öz namizədliyini irəli sürsə, düşünürəm ki, İsa Qəmbər də öz mövqeyindən geri çəkiləcək”.  

Vüqar İsmayılov    
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?