Modern.az

Polad Alemdara Kiprdə veto qoyuldu

Polad Alemdara Kiprdə veto qoyuldu

Aktual

19 İyun 2013, 10:02


Şimali Kipr Türk Cümhuriyyətinin mədəniyyət attaşeliyi aktyor Necati Şaşmazın Karpaz bölgəsində inşa etdirdiyi elit mehmanxana kompleksinin tikintisini dayandırıb. Modern.az “Vatan” qəzetinə istinadən xəbər verir ki, 2012-ci ildə türk Kiprinin baş naziri İrsen Küçük tərəfindən Necati Şaşmaz “fəxri tanıtım elçisi” elan edilib. Bir gün sonra isə Kipr Türk Cümhuriyyətinin vətəndaşı adını alıb. Bundan sonra Necati Şaşmaz Kiprə maliyyə yatırımları etməyə başlayıb. Sabiq turizm, mədəniyyət və ətraf mühit naziri Ünal Üstelin köməkliyi ilə Karpaz bölgəsində film pavilyonu və mehmanxana inşasına başlanıb. Lakin yerli sakinlər və müxalif partiyalar bu ərazinin qorunma altında olması səbəbindən buna etiraz etdilər.

“Vatan” yazır ki, N. Şaşmaz Kipr hökumətinin inşaat işlərinin dayandırılması barədə qərarından sarsılıb.  

Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır