Modern.az

Ən yaraşıqlı şou teleaparıcısı kimdir? - Jurnalistlərin sorğuya cavabları - SİYAHI

Ən yaraşıqlı şou teleaparıcısı kimdir? - Jurnalistlərin sorğuya cavabları - SİYAHI

Mədəni̇yyət

19 İyun 2013, 12:23


Şübhəsiz, hər bir teleaparıcının tamaşaçının yaddaşında qalması üçün fərqli görkəmə, yaraşığa, bir sözlə, özündə gözəlliyi ehtiva edən vizual xüsusiyyətlərə malik olması vacibdir. Əgər söhbət şou teleaparıcılarından gedirsə, deməli, sadalananlara ikiqat ehtiyac var. Çünki elə bu sözün əsl mənası görüntü deməkdir.


Modern.az
şou yazarları arasında ən yaraşıqlı, gözəl və baxımlı şou aparıcısının kimliyi ilə bağlı sorğu keçirib.   “Reytinq” qəzetinin şou yazarı Elşad Ümidin fikrincə, Azərbaycanın ən yaraşıqlı kişi şou aparıcısı Samir Bayramlı, xanım aparıcısı isə Nanə Ağamalıyevadır:
“Samir Bayramlı ilə Nanə Ağamalıyevanı bəyənirəm. Zaur Baxşəliyev, Günay Firudinqızı da yaxşıdırlar. Xoşuma gəlməyənlər də var, amma adlarını çəkmək istəmirəm. Çünki münasibətimiz var. “Mavi aparıcıları” heç sevmirəm. Bu, bu mənfi təbliğatdır. Seksual oriyentasiya öz işləridir, bunu efirdə nümayiş etmək doğru deyil”.

Anspress.com saytının şou yazarı Zülfiyyə Qurbanovanın favoritləri isə bunlardır: “Görkəm baxımdan qadınlardan ən baxımlılar "10lar" verilişinin aparıcısı Afaq Gəncəli, Elnarə Təhməzova  ("İncə maraqlar" –ANS), Vüsalə Şahvəliqızı ("Şoumən"– ANS), Nanə Ağamalıyeva (“Gün keçir” – ATV) Günel Hümbətovadır ("Plyus-Minus"-Space).
Kişi aparıcılardan isə Zaur Nəbioğlu ("Rəngarəng" –Lider), İlkin Həsəni və Zaur Baxşəliyevi (ATV) daha çox bəyənirəm. Mən bu adlarla məhdudlaşdığım üçün heç kim digər aparıcılarımızın xarici görünüşünü bəyənmədiyimi düşünməsin. Ola bilsin xarici görünüşcə daha baxımlılar var. Sadəcə siz sualı verdiyinizdə ilk ağlıma gələn bu adlar oldu”. Z. Qurbanovanın fikrincə, sadaladıqları arasında xanımlardan ən baxımlısı və gözəli Afaq Gəncəli, kişilərdən isə Zaur Nəbioğludur.

“Şərq” qəzetinin şou yazarı Tahirə Məmmədqızı isə aparıcıları həm xarici görünüşlərinə, həm də tamaşaçı ilə ünsiyyət qurmaq bacarığına görə sıralayıb: “"10lar" verilişinin aparıcısı Afaq Gəncəlinin həm xarici görünüşü gözəldir, həm də tamaşaçı ilə ünsiyyətə girməyi bacarır. İlkin Həsəni səmimiliyi ilə daha yaxşı olsa da, etiraf etmək lazımdır ki, Zaur Baxşəliyev tamaşaçını daha tez ələ alır. Vizuallığa qalanda, Zaurun boyu bəstədir. Sırf görünüş baxımından Emin Musəvini daha yaraşıqlı hesab edirəm. Reytinq baxımından götürəndə isə hazırda ən öndə olan aparıcı Xoşqədəm Hidayətqızıdır. Bunu etiraf etmək lazımdır ki, sosialyönlü bir verilişi bu qədər baxımlı etmək hər teleaparıcının işi deyil. Nanə Ağamalıyeva müsahiblərinə yetərində cəsarətli suallar verir. O digərlərindən fərqli olaraq pul alıb kimlərisə tərifləmir”.

Lent.az saytının əməkdaşı Yalçın Süleymanov isə qadın teleaparıcılardan yalnız Günel Hümbətovanı bəyənir: “Bir az da Nanə Ağamaliyeva xoşuma gəlir. Kişi teleparıcılardan isə demək olar ki, yaraşıqlısı yoxdur. Əgər müxbirlər arasında kimin ən yaraşıqlı olması ilə bağlı sorğu keçirilsəydi, özümü deyərdim”.

Şou yazarı, Mod.az saytının baş redaktoru Fuad Mədətovun favoritləri bunlardır: “Kişilərdən İlkin Həsəni və Cavid Gül daha yaraqşıqlıdırlar. Qadınlardan isə bir nəfəri deyə bilərəm. Rövşanə Bektaşinin artıq çəkisi olsa da, suyuşirindir. Bir də ANS-dəki Vüsalə Şahvəliqızını bəyənirəm”.

APA internet televiziyasının baş prodüseri, şou yazarı Ülkər Qasımovanın isə yaraşıqlı bildiyi üç teleaparıcı var: “Qadınlardan Afaq Gəncəli, kişilərdən isə Ramal Hüseynov və Emin Musəvinı yaraşıqlı və baxımlı hesab edirəm”.  

İntiqam Valehoğlu
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!