Modern.az

Deputatın "Zəngəzur toponimləri" kitabının təqdimatı olub

Deputatın "Zəngəzur toponimləri" kitabının təqdimatı olub

19 İyun 2013, 12:49

Bu gün millət vəkili Musa Quliyevin "Zəngəzur toponimləri" adlı kitabın təqdimatı olub. Modern.az-ın məlumatına görə, təqdimat mərasimində Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi Əli Əhmədov, YAP icra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, millət vəkilləri, ziyalılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə deputat Mübariz Qurbanlı açaraq kitabın əhəmiyyətindən danışıb.

"Kitabda tarixi faktlarla yanaşı, epizodlar da öz dəqiqliyi ilə təqdim olunub. Hamıya məlumdur ki, zaman-zaman ermənilər Azərbaycan torpaqlarını zəbt ediblər. Bununla da tariximiz saxtalaşdırıldı. Tarixdə həqiqət qızıla bərabərdir, yalan isə həmişə çürüyəcək. "Zəngəzur toponimləri" ilə bağlı xeyli sayda kitablar, əsərlər, faktlara söykənən dəlil və sübutlar vardır".

Tədbirdə daha sonra "Zəngəzur toponimləri" adlı film nümayiş etdirilib.

Daha sonra vitse-spiker Valeh Əsgərov, millət vəkilləri Nizami Cəfərov, Fəzail Ağamalı, AMEA-nın müxbir üzvü Bəylər Əliyev və digərləri çıxış edərək kitab haqqında fikirlərini bölüşüblər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir