Modern.az

Ələmdar Cabbarlı ölkəmizi Türkiyədə təmsil edəcək

Ələmdar Cabbarlı ölkəmizi Türkiyədə təmsil edəcək

19 İyun 2013, 13:35


İyun ayının 20-dən 30-a kimi TÜRKSOY xətti ilə Türkiyənin Ankara və İstanbul şəhərləri də daxil olmaqla bir neçə şəhəri əhatə edəcək “Türkdilli ölkələrin şeir axşamları” adlı uluslararası tədbir keçiriləcəkdir. Tədbirdə ölkəmizi filologiya üzrə fəlsəfə doktoru, şair Ələmdar Cabbarlı təmsil edəcək. Bu barədə modern.az-a Ələmdar Cabbarlının özü məlumat verib: “Belə bir nüfuzlu tədbirdə Azərbaycanı təmsil etmək mənim üçün çox xoşdur. Çalışacağam ki, ölkəmizi layiqincə təmsil edim, çağdaş Azərbaycan ədəbiyyatı haqqında müəyyən təsəvvür yaradım.

Bu tədbirdə Azərbaycanı mənim təmsil etməyimi məsləhət bilən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anara, Birliyin Gənclər üzrə katibi Rəşad Məcidə, təşkilati dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəz Qarayevə, nazir müavini Sevda xanım Məmmədəliyevaya təşəkkürümü bildirirəm”.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür