Modern.az

Dəvəçi rayonu bundan sonra Şabran adlanacaq

Dəvəçi rayonu bundan sonra Şabran adlanacaq

2 Aprel 2010, 16:58

Milli Məclisin bu gün keçirilən iclasında Regional məsələlər Komitəsinin sədri Arif Rəhimzadə Dəvəçi rayonunun adının Şabrana dəyişdirilməsi məsələsindən danışıb. Modern.az-ın məlumatına görə, Arif Rəhimzadə bildirib ki, komitənin hazırladığı qanun layihəsində Dəvəçi rayonunun adının dəyişdirilərək Şabran qoyilması əsaslandırılıb. O, Şabranın tarixi şəhər olduğunu, 5-ci əsrdə Sasani hökmdarlığının qərarıyla yaradıldığını qeyd edib.

Dəvəçi rayonunun adının Şabrana dəyişdirilməsi təklifi səs qoyulub və qəbul edilib.

1930-cu ildə yaradılmış Dəvəçi rayonunun ərazisi 1,7 min kvadrat kilometr, əhalisi 50 min nəfərə yaxındır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır