Modern.az

Millət vəkilləri bu dəfə tualedə dalaşdılar

Millət vəkilləri bu dəfə tualedə dalaşdılar

Aktual

19 İyun 2013, 22:12


Türkiyə Böyük Millət Məclisinin iki AKP-li deputatı arasında əlbəyaxa dava düşüb. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, sözləri çəp gələn deputatlar ən yumruq davası parlamentin tualetində davam edib. Dava edən millət vəkillərinin Şamil Təyyar və Əhməd Kutalmış olduğu bildirilir.

Davaya səbəb  olaraq göstərilir ki, Şamil Tayyar çıxışlarının birində MHP-nin keçmiş sədri Alparslan Türkeş haqqında ağır sözlər işlədib. Bu çıxışdan sonra deputatlar parlamentin tualetində təsadüfən qarşılaşıblar və Kutlamış atası haqqında söylədiyi fkirlərə görə, ona irad tutub. Deputatların arasında yaranan mübahisə dava ilə nəticələnib.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir