Modern.az

Sənət aləminin KÜSÜLÜLƏRİ: porno-video, xiyar-badımcan, “qatar bələdçisi”... - ARAŞDIRMA

Sənət aləminin KÜSÜLÜLƏRİ: porno-video, xiyar-badımcan, “qatar bələdçisi”...  - ARAŞDIRMA

Mədəni̇yyət

20 İyun 2013, 17:46


Şou biznes elə bir sahədir ki, burda çox nadir hallarda müğənnilər eyni vaxtda bir-biri ilə normal münasibətdə olur. Kökü uzun illərə dayanan bu incikliklər qəzet səhifələrinə, televiziya ekranlarına da ayaq açıb.
Modern.az saytı da bu mövzuya toxunaraq küsülü sənətçilərlə bağlı araşdırma aparıb.

  Aygün Kazımova ilə Brilliant Dadaşova səhnəyə demək olar ki, eyni illərdə – ötən əsrin 80-ci illərinin sonunda gəliblər. Aralarındakı 12 yaş fərqə baxmayaraq, fəxri adları da demək olar ki, eyni vaxtda alıblar. Doğrudur, zaman-zaman bu sənətçilər arasında xırda umu-küsülər olsa da, münasibətlər heç vaxt bu qədər iyrəncləşməmişdi. “Xiyar-badımcan qalmaqalı”ndan sonra yəqin ki, sənətçilərin küsülü olduğunu yazmağa ehtiyac yoxdur.

İlhamə Quliyeva-Flora Kərimova “müharibəsi”nin tarixi isə daha “qədimdir”. Fələstin-İsrail müharibəsini xatırladan bu münasibətin zaman-zaman xeyli sayda qurbanları da olub. Hətta tərəflər biri-birinə qarşı dəfələrlə məhkəmə davaları da açıblar. Flora Kərimova bu il 70 yaşını qeyd edəcək, yəni o, İlhamə Quliyevadan 2 yaş böyükdür. Quliyeva – 1943, Kərimova isə – 1941-ci ildə anadan olub. Hər ikisinin sənəti kimi taleləri də oxşardır. Belə ki, həm Flora xanım, həm də İlhamə xanım bir neçə dəfə ərdə olublar. 

Xalq artistləri Faiq AğayevBrilliant Dadaşova arasındakı soyuqluğun tarixi də xeyli iirəli illərə dayanır. Bu münasibətsizlik indi daha da dərinləşib. Qeyri-rəsmi məlumata görə, hadisələr təxminən 6-7 il əvvəl pik nöqtəyə çatıb. Yadınızdadırsa, o zaman F.Ağayev olduğu iddia edilən bir şəxsin porno-görüntüləri internetdə yayımlanmışdı. Etibarlı mənbə bildirir ki, həmin görüntülər məhz Dadaşovanın Ağayevə qurduğu “tələ” imiş. “Qızıl şlyager” sonucu dəfə B.Dadaşovaya olan mənfi münasibətini onun Aygün Kazımovayla yaşadığı qalmaqalda ortaya qoydu.

Müğənni Mətanət Əsədova ilə əməkdar artist Zöhrə Abdullayevanın da arası xeyli illərdir ki, “sərindir”. Amma hər iki tərəf dəfələrlə bunu mətbuata “ana-bala arasında da söz söhbət olur” kimi təqdim eləsələr də, görünənlər başqa mətləblərdən xəbər verir. Elə Əsədovanın sonucu açıqlamasında Abdullayevanı “qatar bələdçisi” adlandırması da buna sübutdur: “Məndə olan məlumata görə Zöhrə Abdullayevanın əvvəlki iş yeri qatar bələdçisi olub. Düzdür, qatar bələdçisi pis peşə deyil. Amma həqiqəti danmaq olmaz”. Xatırlayırsınızsa, həmin vaxt əməkdar artist buna kəskin reaksiya verərək deyilənləri təkzib etmişdi.

Şou-biznesin daha bir nəhəng qalmaqalı bu yaxınlarda baş verdi. Yəqin ki, İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasında baş verənləri şərh etməyə ehtiyac yoxdur. Bircə onu demək olar ki, məsələ hüquq-mühafizə orqanlarına qədər gedib çıxdı və hazırda iş məhkəmədədir.

Müğənnilər Elariz Məmmədoğlu ilə “Faytonçu Nazim” də eyni yaş nəslinin nümayəndələridir. Yaşları 50-ni haqlayan bu sənətçilər səhnədə gec tanınsalar da, yetərincə qalmaqallara imza atıblar. Tərəflər açıq-aşkar küsülü olmasalar da, münasibətlərdə yetərincə soyuqluq var.

Xalq artistləri, aktrisalar Bəsti Cəfərova ilə Zemfira Nərimanova arasında da uzun illərdir münaqişə yaranıb. Tələbə yoldaşı olan bu xanımlar əksər hallarda rol üstündə küsülü qalıblar. Hər halda onların teatrdakı həmkarlarının dediklərindən belə bəlli olur. Hətta iddia olunur ki, təxminən bir il əvvəl teatrda rol bölgüsü üstündə düşən mübahisə sonda saçyoldu ilə nəticələnib.

Xalq artisti Məleykə Əsədova isə gənc həmkarı Vəfa Zeynalovanın uğurlarını həzm edə bilmir. Deyilənlərə görə, xalq artisti bir müddət öncə “əməkdar artist” fəxri adına layiq görülmüş Zeynalovanı danışdırmır. Baxmayaraq ki, tədbirlərdə qarşı-qarşıya gələndə salam verməyə məcburdurlar.
Məleykə Əsədovanın küsülü olduğu daha bir tanımış sima müğənni İlhamə Quliyevadır. Quliyevanın mahnısını icazəsiz oxuyan Əsədova onun qəzəbinə tuş gəlmişdi. Hətta “Primadonna” canlı yayımda “Məleykə, sən get ağlamağını ağla” deyərək buna kinayəli münasibət bildirmişdi. Elə baş verənlər də bundan sonraya təsadüf edir.

Ardı olacaq...

İntiqam Valehoğlu  
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır