Modern.az

Mən qaçqınam... - FOTOLAR

Mən qaçqınam... - FOTOLAR

Dünya

20 İyun 2013, 12:23

 

Qaçqınlıq dini, irqi, milli mənsubiyyət tanımayan ümumdünya insan vəhşətinin törətdiyi bir haldır. Bu gün – 20 iyun 2013-cü il Ümumdünya Qaçqınlar günüdür.  Dünyada qaçqın və məcburi köçkünlərin sayı getdikcə artmaqdadır. Hal-hazırda dünyada 45 milyondan çox qaçqın və məcburi köçkün var – bu, son 20 ildə müşahidə edilən ən böyük göstəricidir. Təkcə keçən il hər qırx beş saniyədə bir nəfər evini tərk etmək məcburiyyətində qalmışdır.

Modern.az-ın məlumatına görə, BMT Baş katibi Pan Gi Mun Ümumdünya Qaçqınlar günü ilə əlaqədar dünyaya müraciət edib. O, çıxışında belə deyib:
 “Ümumdünya Qaçqınlar Günüdə mən beynəlxalq ictimaiyyəti münaqişələrin qarşısını almaq və həll etmək istiqamətində səylərini artırmağa və ailələrin yenidən birləşməsi və qaçqınların evlərinə qayıtmaları naminə sülh və təhlükəsizliyə nail olmağa yardım etməyə səsləyirəm.”

BMT Baş katibi daha sonra bildirib:

  Dünyada məcburi köçkünlərin sayı getdikcə artmaqdadır. Hal-hazırda dünyada 45 milyondan çox qaçqın və məcburi köçkün var – bu, son 20 ildə müşahidə edilən ən böyük göstəricidir. Təkcə keçən il hər qırx beş saniyədə bir nəfər evini tərk etmək məcburiyyətində qalmışdır.   Suriyadakı böhranla müharibələr hələ də qaçqın və məcburi köçkünlərin sayının artmasının başlıca səbəbi olmaqda davam edir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının yeni hesabatında qeyd edilən qaçqınların yarıdan çoxu məhz beş müharibə gedən ölkədəndir: Əfqanıstan, Somali, İraq, Suriya və Sudan. Hal-hazırda Mali, Konqo demokratik Respublikası və Sudanda yeni böyük yerdəyişmələr müşahidə edilməkdədir.   Rəqəmlər bu dəhşətli insan faciəsinin sadəcə çox kiçik bir hissəsidir. Hər gün münaqişələr minlərlə ailələri həyatlarını məhv edir. Ailələr bəzən sevdikləri insanlardan , bəzən isə müharibə xaosundan bir-birlərindən ayrı düşürlər. Bundan isə ən çox uşaqlar əziyyət çəkirlər. Qaçqınların demək olar ki, yarısı 18 yaşa çatmayan uşaqlardı və getdikcə daha çox uşaq tək başına qaçmağa məcbur olur.     

Məcburi yerdəyişmənin qaçqınlara sığınacaq verən icmalara nəzərə çarpacaq dərəcədə iqtisadi, sosial və bəzən siyasi təsirləri olur. Evlərindən didərgin düşmüş qaçqınların böyük əksəriyyətinə sığınacaq verən yoxsul ölkələr getdikcə daha çox və dərin problemlər qarşısında qalırlar. Hal-hazırda inkişaf etməkdə olan ölkələr dünya qaçqınlarının 81 faizinə ev sahibliyi etdikləri halda, bu göstərici 10 il əvvəl 70 faiz idi.   

Evlərindən didərgin düşmüş insanlar üçün davamlı həll yollarının tapılması beynəlxalq ictimaiyyətin daha çox birlik nümayiş etdirməsi və bu ağırlığı birgə çəkməyə hazır olması vacibdir. Ümumdünya Qaçqınlar Günüdə mən beynəlxalq ictimaiyyəti münaqişələrin qarşısını almaq və həll etmək istiqamətində səylərini artırmağa və ailələrin yenidən birləşməsi və qaçqınların evlərinə qayıtmaları naminə sülh və təhlükəsizliyə nail olmağa yardım etməyə səsləyirəm. 

Qaçqın statusun daşıyıb qaçqınlıq yaşamaq Azərbaycan vətəndaşlarından da yan keçməyib. Beynəlxalq Qaçqınlar Günü Azərbaycanda da hər il geniş qeyd edilir. Bu heç də təsadüfi deyil. Belə ki, Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb, tarixi torpaqlarına təcavüz edilib, nəticədə minlərlə soydaşımız qaçqına çevrilib.

Sonuncu dəfə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub, Azərbaycana pənah gətirib, 700 minə yaxın soydaşımız isə Dağlıq Qarabağdan və Ermənistan silahlı qüvvələrinin işğal etdiyi 7 rayondan didərgin salınaraq ölkənin 67 rayonunda 1600 məntəqədə müvəqqəti məskunlaşıblar.

Bundan başqa, ölkəmizdəki qaçqınların təxminən 50 mini Fərqanə hadisələri vaxtı Orta Asiyadan gələn Ahıska türkləri, 11 minə yaxını isə sığınacaq axtaranlardır.

 



















 

Elçin MURAD

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!