Rafiq Şahbazov imzasını hələ ki, çoxları tanımır. Bu da təbiidir. Ötən həftə işıq üzü görən “Sevginin son nəfəsi” adlı romanı Rafiqin ilk kitabıdır. Müəllifin qeydinə görə romanın qəhrəmanları da, onların başına gələn hadisələr də gerçəkdir. Roman bir-birini sevən iki gəncin hansı səbəbdən qovuşmamasından, onların düşdüyü sınaqlardan və çox təəssüf ki, faciə ilə bitən kədərli tarixçəsindən bəhs edir. Cəsur və Nigar – onları birləşdirən və ayıran yollar... Rafiq eşq yükünü axıradək çəkməyi bacaran qəhrəmanlarının xatirəsinə ithaf edib ilk kitabını. Qeyd edək ki, Rahfiq Şahbazov Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin II kurs tələbəsidir.
Modern.az