Modern.az

Bu görüntülər Ermənistanı təşvişə saldı - VİDEO

Bu görüntülər Ermənistanı təşvişə saldı - VİDEO

20 İyun 2013, 20:30

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan vətəndaşlarının Ermənistana keçməsi ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovanisyan açıqlama verib.

Nazirlik sözcüsü bildirib ki, Azərbaycan vətəndaşlarının sərhədi keçərək Ermənistan ərazisinə daxil olması xəbəri doğru deyil.

“Bu məlumatlar həqiqətə uyğun deyil. Belə bir şey mümkün ola bilməz”-deyə

Qeyd edək ki, yerli mətbuayda yer alan məlumatlara görə, iyunun 7-də iki nəfər Azərbaycan vətəndaşı Ermənistan sərhəddini yararaq tarixi, əzəli torpaqlarımız olan Qarakilsə (Sisyan) rayonuna keçiblər.

Mahir və Fazil adlı iki soydaşımız sözügedən rayonun Murxuz kəndi ərazisində yerləşən "Qırxlar" pirinə gedərək o müqəddəs yeri ziyarət ediblər. Onlar həyatlarını böyük riskə ataraq düşmən nəzarəti altında olan torpaqlarımızı ziyarət edib və eyni zamanda ərazidən çəkiliş apararıblar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir