Modern.az

Jirinovski Ərdoğanı ələ saldı

Jirinovski Ərdoğanı ələ saldı

20 İyun 2013, 21:27


Moskvada keçirilən “Gəzi” etirazlarına dəstək aksiyasında iştirak edən Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğanı ələ salıb. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə hakimiyyətinə etiraz aksiyasında çıxış edərək Ərdoğanı məsləhət üçün Moskvaya gəlməyə çağırıb.

“Şimalın tövsiylərinə qulaq asın, amma gözlərinizi müsəlman ölkələrinə dikməyin. Qərbin ağız qoxusunu da çəkməhə ehtiyac yoxdur. Məşvərət üçün Moskvaya, Kremlə gəl”-deyə Jirinovski Ərdoğana mesaj göndərib.

Qeyd edək ki, "Gəzi” etirazlarına dəstək aksiyası Türkiyənin Moskvadakı səfirliyinin qarşısında keçirilib. Taksim olaylarına dəstək verən aksiya iştirakçıları “İstefa Ərdoğan”, “Əlini müxalifətdən çək!” kimi şüarlar səsləndiriblər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi