Modern.az

Sənət aləminin KÜSÜLÜLƏRİ: - Aygün Kazımovanın nə qədər düşməni varmış, İlahi! - II HİSSƏ

Sənət aləminin KÜSÜLÜLƏRİ: - Aygün Kazımovanın nə qədər düşməni varmış, İlahi! - II HİSSƏ

Mədəni̇yyət

21 İyun 2013, 11:55


Sənət aləminin küsülü cütlükləri haqda ilk yazı böyük maraq doğurduğundan Modern.az mövzunu davam etdirmək qərarına gəlib. Odur ki, araşdırmanın ikinci hissəsini oxuculara təqdim edirik.

Əməkdar artist Almaz Ələsgərova ilə gürcü əsilli Manana Caparidze də illərdir yaxşı münasibətdə deyillər. Dəfələrlə bu sənətçilərin barışdıqları haqda məlumatlar yayılsa da, görünən odur ki, tərəflər bir-birini həzm edə bilmirlər.

Müğənni Natəvan Həbibi ilə xalq artisti Aygün Kazımovanın arasındakı soyuqluğun bünövrəsi isə təxminən 3-4 il əvvəl ATV-də yayımlanan “Nömrə 1” layihəsindən qoyulub. Belə ki, o vaxt gənc ifaçıya məğlub olan Kazımova bunu haqsızlıq adlandırmışdı. Elə məhz bundan sonra, İbrahimovların ATV-yə rəhbərlik elədiyi dönmədə Kazımova bu telekanalda “qara siyahı”ya düşdü.

Aygün Kazımovanın pis münasibətdə olduğu digər sənətçi Zülfiyyə Xanbabayevadır. İlk baxışdan mülayim xarakterə malik kimi görünən Z.Xanbabayevaya bələd olanlara məlumdur ki, sənətçi yetərincə prinsipialdır. O da bu günlərdə bir neçə aydır davam edən “Aygün –Brilliant” qalmaqalında maraqlı tərəfə çevrilib. Bir həftədir ki, sənətçi rəsmi “Facebook” səhifəsində Dadaşova ilə illər öncə çəkdirdiyi fotoları paylaşır, onu dəstəkləyən statuslar yazır. Xanbabayevanın bir həftə öncə verdiyi müsahibədən:

– Brilyant xanımla dostluğunuz hamıya məlumdur. Bu sənətdə başqa kiminlə dostsunuz?

– Mən dostlarımı çox sevirəm və qiymətləndirirəm. Dostlarsız yaşaya bilmərəm. Dostluq etmək çox gözəldir. Bunu qızıma da aşılayıram. İstəyirəm, onun da yaxşı dostları olsun, hər zaman onların qədrini bilsin. Bütün hallarda dostlarımla aramdakı hörməti qorumuşam. Münasibətlərdə hörmət olmayanda hər şey cılızlaşır, sadələşir. Mən çox üzüyola adamam, amma lazımi kiminsə cavabını da verirəm. Bəziləri cəsarətsizliklərindən dolayı sözlərini mənim üzümə deyə bilmirlər, sosial şəbəkələrdə nəsə yazırlar, amma mən burdayam. Kimin cəsarəti varsa, gəlsin sözünü mənim üzümə desin. Bu, daha humanist hərəkət olar. İnsanlar danışa-danışa bir-birilərini anlayırlar. Ona görə deyirəm, mən burdayam, kimin cəsarəti varsa, gəlsin. Sənət dostlarıma gəlincə, onlardan biri də məni səhnədə geniş tamaşaçı kütləsinə ilk dəfə təqdim edən bir insan Nərgiz Cəlilovadır. Onu çox istəyirəm. Bu sənətdə mənə çox məsləhətlər verib”.

Gənc müğənni Elton Hüseynəliyevlə həmkarı Sevda Kazımova da küsülülər siyahısındadırlar. “Lider” telekanalında yayımlanan “Lift” realiti şousunda rəqib olan sənətçilərin canlı yayımda etikadan kənar ifadələr səsləndirmələri də baxanların yadındadır.

Gənc ifaçı Ramal İsrafilovla əməkdar artist Abbas Bağırovun da münasibətlərində “sərinlik” hökm sürür. Bir zamanlar Abbasın səhnəyə gətirdiyi Ramal bu gün də onunla yaxşı münasibətdə deyil. Baxmayaraq ki, tərəflər bir neçə dəfə barışdıqlarını bildiriblər.

Aygün Kazımova Röya münasibətlərini isə gələcəkdə İhamə və Flora Kərimmova arasındakı  “İsrail-Fələstin müharibəsi”nə bənzədəcəklər yəqin ki. Röya xanım sənətə gəldiyi ilk illərdən Kazımovaya əsas rəqib oldu və şübhəsiz ki, təcrübəli sənətçi bunu qəbul edə bilmədi. 

Rəqqasə Fatimə Fətəliyeva isə İlham Kərimovu çıxmaq şərtilə ilə bir çox həmkarları ilə yaxşı münasibətdə deyil. Bunun xüsusən peşəkar rəqqas-xoreoqraf Şəhriyar Cəfərovla olan münasibətlərə aid etmək olar. Belə ki, Cəfərov dəfələrlə müsahibələrində Fətəliyevanın  qeyri-peşəkar olduğunu bildirib. Hətta onların canlı yayımda kəskin mübahisələrinin də şahidi olmuşuq.

İntiqam Valehoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?