Modern.az

Kəlbəcər işğaldan sonra, ermənilərin çəkdiyi yeni fotolar

Kəlbəcər işğaldan sonra, ermənilərin çəkdiyi yeni fotolar

Reportaj

3 Aprel 2010, 17:43

1993-cü il aprelin 2-də erməni hərbi birləşmələri tərəfindən işğal edilən Kəlbəcər rayonu 17 ildir yağı tapdağı altındadı. Düşmən bu füsünkar rayonda öz bildiyini etməkdədir, yeraltı və yerüstü sərvətlərimizi talayır, yurd yerlərimizi dağıdır, kəndəlirmizn adını dəyişir. Kəlbəcərin adını da dəyişib Karvaçar qoyan ermənilər bir sözlə, torpağımızı murdarlayırlar. Modern.az Kəlbəcərin işğalından sonra ermənilər tərəfindən rayonun müxtəlif yerlərində çəkilən yeni fotolarını təqdim edir.

 

Düşmən Kəlbəcər istiqamətində rayonun adını bildirən lövhəni erməniləşdirib.

 

Ermənilər Kəlbəcərdə ölən hərbçilərini elə orada basdıraraq özlərinə "Şəhidlər xiyabanı" düzəldiblər.

 

Sahibsiz at. Görəsən onu bura ermənilər gətirib, yoxsa..?

 

Özgəninkiləşdirilən kəlbəcərli evi. Dığalar həyətdə arı da saxlayırlar, evdən sağda yeşiklər gözə dəyir.

 

İşğalçılar yurd yerlərimizə təkcə özləri gəlməyib, donuzlarını da gətiriblər. Kəlbəcərlilər ona baxıb, yanıb-yaxılmazmı..?  

 

Erməni turistlər Kəlbəcərin gəzməli-görməli yerlərində "at oynadırlar".

 

Kəlbəcəri murdarlayan erməni turistlər kefdədilər... 


Kəlbəcərin 35 kəndini rayon mərkəzi ilə birləşdirən 2 km uzunluğa malik dağaltı tunel.

 

Dünyaca məşhur İsti su...

 

Bu da İsti suyun qablaşdırıldığı zavod. Ermənilər bizim zavodu viranə qoyublar.

 

Qayaların başındakı viranə yiyəsiz ev. Aşağıda-solda alt-üst kahalardı.

 

Çay üzərindəki sınıq körpü, bu yol hara gedir görəsən..?

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı