Modern.az

İstedad yarışmasında rəqqas başın bədənindən ayırdı - VİDEO

İstedad yarışmasında rəqqas başın bədənindən ayırdı - VİDEO

İqtisadiyyat

21 İyun 2013, 16:24


ABŞ da “Amerika istedad axtarır” 2013 (America`s Got Talent) şou prpqramı hər dəfə "YouTube"-da rekordları qıran iştirakçılarının sırasına biri də daxil olub. 38 yaaşlı Tokiyadan olan rəqqas qeyri-adi rəqsi ilə dünyanı heyrətləndirib.

Modern.az-ın məlumatına görə, Kenşi Ebina adlı yapon rəqqas “robot rəqsi” adı verdiyi rəqs nömrəsində eloktrorəqs və xüsusi səs effektlərindən istifadə edib. Proqramın rəsmi "Youtube" səhifəsində bir sutka ərzində 200 min baxış olub. Şərhlərdə bildirilir ki, bu nömrə proqramın tarixində olan ən yaxşı səhnə performansıdır.

Rəqs zamanı tamaşaçıları və hətda münsiflər heyyətini də heyrətləndirən xüsusilə bir an olub. Rəqqas bir hərəkətində sanki başın bədənindən ayırıb. Proqramın aparıcısı məşhur teleaparıcı Hovard Stern bu səhnədə çox təəccüb yaşadığını deyib, lakin bu çıxış elədir ki, saatlarla yorulmadan tamaşa edə bilər.

 

Elçin MURAD  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar