Modern.az

Mən o aktrisanı sevirdim

Mən o aktrisanı sevirdim

22 İyun 2013, 10:55

Son vaxtlar bizim çalıb-oxuyanlardan kim ərə gedirə, baxırsan ki, təzə bəy ya türkdür ya da başqa bir millətin nümayəndəsi. Öz seçimləri, öz qərarları... Amma eşitmişəm ki, bunun bir neçə səbəbi var. Ən başlıcası yaxşı yaşamaq istəyi, ikincisi səhnə və geyim-kecim üçün heç bir qadağanın olmaması, üçüncüsü.., dördüncüsü...

İmanımı yandırammaram. Amma deyilənlərə görə bu seçimin başqa bir məqsədi də var.. Deyirlər axı qocaya gedən quyruq yeyər. Soruşa bilərsiniz ki, qocanın bura nə dəxli? Elə-belə söhbətdir, edirik. Bəs görəsən, qoca vaxtında ərə gedən də yeyə bilirmi o quyruqdan? Qoca demişkən, çox sevdiyim bir aktrisa var-Fatma Mahmudova.

Bu yaxınlarda çıxıb deyir ki, “türkə ərə gedirəm”. Bəs millət? Bəs xalq? Bəs namus, qeyrət? Axırıncını elə-belə dedim. Siyavuş Aslan demişkən, sevirsən sev, sevgi azaddır. Amma ay xanım, ay canım, ay nənə, bəs sənə deməyiblər ki, “yaşın altmışı haqlayıb. Özün də xalq artistisən”. Yeri gələndə çıxıb efirdə cavanlara ağıldan, kamaldan nəsildən nəsilə keçən öyüd-nəsihətlər verirsən. Ərə gedəndə nə olar? Burda ayıblıq heç nə yoxdur. Amma çıxıb efirdə demək, özü də günün günorta çağı “ərə gedəcəyim adam imkanlı iş adamıdır” demək nədir?

“Onunla ailə quracağam. Bu insan bir ildir ki, mənimlə maraqlanır. Çox düşündüm, mənim də ailəyə ehtiyacım var. Ən başlıcası budur ki, mənimlə evlənəcək adam, imkanlı iş adamıdır. Bu ayın 24-də toyumuz olacaq. Cavan adam deyil, 57 yaşı var. Toy dəbdəbəli olmayacaq. Öz aramızda məclis olacaq. O insan neçə illərdir ki, Azərbaycanda yaşayır”.

Hmm... Deməli, qocadır, bizim millətdən deyil, özü də iş adamıdır haa. Kişinin qabiliyyəti, qanacağı, mərifəti, yaraşığı, özü də ki türkün məsəli bir ildir aktrisanın peşində. Vur çatlasın e. Ya da heç istəyirsən, vurma. Özü çatlayacaq. Bu axırıncını da elə belə dedim. Amma zarafatı bir kənara qoyaq, keçək lağlağıya. Tam səmimi deyirəm ki, mən o cür açıqlamanı bir xalq artistinə yaraşdırmadım. Bu yaşda “ərə gedirəm” açıqlaması vermək heç yaxşı olmadı.

P.S. Yazının başlığını özüm belə qoymuşam ki, romantik görünsün. Zarafat deyil e, o boyda xalq artisti ərə gedir.    
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir