Modern.az

Ən güclü romanın adın de - SORĞU

Ən güclü romanın adın de - SORĞU

22 İyun 2013, 11:04

Modern.az orta və yaşlı nəsil ədəbiyyat nümayəndələri arasında sorğu keçirib. Ədəbi tənqidçi, çair və yazıçıların iştirak etdiyi sorğuda yeni dövr Azərbaycan ədəbiyyatının ən yaxşı romanlarının adı soruşulub.

Vaqif Yusifli (filologiya elmlər doktoru, ədəbi tənqidçi): “Qətl günü” (Yusif Səmədoğlu), “Köç” (Mövlud Süleymanlı), “Fətəli fəthi (Çingiz Hüseynzadə), “Dəli Kür” (İsmayıl Şıxlı), 

Zakir Fəxri (şair): “Qətl günü”, “Teleqram” (İsa Hüseynov), “Mahmud və Məryəm”, (Elçin), “Ağ liman” (Anar), “İzdiham” (Afaq Məsud), “Dolu” (Aqil Abbas)

Səlim Babullaoğlu (şair, tərcüməçi): “Məhşər” (İsa Hüseynov), “Dantenin yubileyi” (Anar), “Mahmud və Məryəm” (Elçin), “Axirət sevdası” (Sabir Əhmədli), “Yarımçıq əlyazma” (Kamal Abdulla), “Köç” (Mövlud Süleymanlı).

Adil Mirseyid (şair): “Qətl günü” (Yusif Səmədoğlu), “Yalquzaq” (Nəriman Əbdürrəhmanlı), “Qəmərlidən keçən qatar” (Azər Abdulla).

Əkbər Qoşalı (şair): “İdeal” (İsa Muğanna), "Dəli Kür" (İsmayıl ŞIxlı), "Macal" (Anar), “Dəyirman" (Mövlud Süleymanlı) , "Əsrlərin sirri" (Oqtay Salamzadə).

Zahid Sarıtorpaq (şair): "Qızlar bulağı" (Yusif Vəzir Çəmənzəminli), "Qətl günü" (Yusif Səmədoğlu), "Köç"(Mövlud Süleymanlı ), "İdeal" (İsa Hüseynov), "Qılınc və qələm" (Məmməd Səid Ordubadi).

Əsəd Cahangir (ədəbi tənqidçi): "Qızlar bulağı" (Çəmənzəminli), "Gələcək gün" (Mirzə İbrahimov), "İdeal" (İsa Hüseynov), "Yamacda nişanə" (Sabir Əhmədli), "Qətli günü" (Yusif Səmədoğlu), "Beşmərtəbəli evin  altıncı mərtəbəsi" (Anar),  "Mahmud və Məryəm" (Elçin), "Köç" (Mövlud Süleymanlı), "Azadlıq" (Afaq Məsud).

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?