27 may 2017, Şənbə
Ana Səhifə - FOTOSÖHBƏT - Deputat Aydın Mirzəzadə ilə FOTOSÖHBƏT
Deputat Aydın Mirzəzadə ilə FOTOSÖHBƏT
29.06.2013, 00:14

Modern.az saytı deputat Aydın Mirzəzadə ilə FOTOSÖHBƏT layihəsini təqdim edir.

Aydın Böyükkişi oğlu  Mirzəzadə 1957-ci ildə iyulun 2-də Mingəçevir şəhərində anadan olub.

1974-ci ildə Mingəçevir şəhər 10 saylı orta məktəbi bitirib və 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat fakültəsinə qəbul olub.1980-ci ildə oranı inşaatçı-mühəndis ixtisası üzrə bitirib.  

1980-ci ildə təyinatla Rusiyanın Tver vilayətinin Rjev şəhərində yerləşən 1315 saylı səyyar mexanikləşdirilmiş dəstənin tikinti ustası işləyib. 1980-1982-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olub və fərqləndiyinə görə adı hərbi hissənin Fəxri Kitabına salınıb. 1982-1993-cü illərdə Mingəçevir şəhərində yerləşən Azərbaycan DRES tikintisində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildə Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının yaradılmasında iştirak edib və 1992-1999-cu illərdə təşkilatın sədri olub.1993-cü ildən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi, müavini, 1997-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İctimai-siyasi şöbəsinin sektor müdiri vəzifələrində çalışıb. 

Yeni Azərbaycan Partiyasının I (1999-cu il), II (2001-ci il) və III (2005-ci il) qurultaylarında partiyanın Siyasi Şurasının üzvü seçilib. 2003-cü ildə prezident seçkilərində prezidentliyə namizəd Heydər Əliyevin, 2008-ci il prezident seçkilərində prezidentliyə namizəd İlham Əliyevin seçkiqabağı vəkili olub. Azərbaycan Milli Ensiklopediyasının eksperti, siyasi elmlər namizədidir. 4 kitabın müəllifidir. Rus və ingilis dillərini bilir. 

Ali məktəblərdə sosial-siyasi fənlərdən dərs deyir. Kitablarından dərs vəsaiti kimi istifadə edilir. Politologiya sahəsində geniş tədqiqat işi aparır. Azərbaycan Respublikası II çağırış (2000-ci il) Milli Məclisində Mingəçevir seçki dairəsindən deputat olub. 2005-ci ildə növbəti dəfə 47 saylı Mingəçevir seçki dairəsindən deputat seçilib.

2010-cu il noyabrın 7-də Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilib. 7 dekabr 2010-cu ildən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavinidir. Ailəlidir. İki övladı var.

 

Mingəçevirdə həyətimizdə uşaq vaxtı çəkilən şəkil... Uzun müddət elə bilmişəm ki, fotoqraf çəkən zaman aparatını düz tutmayıb. Sonra xatırladım ki, uşaq vaxtı yerə maili durmağı çox xoşlayırdım. 


1958-ci il, Mingəçevirdə həyətimizdə çəkilən şəkil... Atamın dediyinə görə mən yuxudan yenicə durmuşam.  


 

Mingəçevirdəki həyətimizdə çəkilən şəkil.  3 yaşım olanda bu paltar üstümdə alışdı və tam təsadüfən həyatım xilas oldu. Küşədə yanan ocağa ayağımla basanda bambaz parçadan olan paltarıma od keçdi və paltarım bir anda məşələ döndü, nənəm və anam mənə tərəf tez qaçıb, bağırlarına basıb, alovu söndürdülər. İki dəqiqə geciksəydilər, mən indi həyatda yox idim.

 

Həyətimizdə çəkilən şəkil, 1959-cu il. Böyük qardaşım Nofəl, mən və böyük bacım Mahudə... Biz hər zaman dost olmuşuq... İndi də bu belədir... 


1969-cu il, Mingəçevir şəhər 10 nömrəli məktəbin əlaçılar lövhəsi üçün çəkilən şəklim... V sinifdə oxuyuram. Bütün 10 ili şəklim şərəf lövhəsində olub.

 

Mingəçevir,  10 nömrəli məktəbdə 4-cü  sinifdə oxuyuram. Yuxarıda soldan 3-cüyəm.


1974-ci il, buraxılış zəngindən sonra bir qrup dostlarla şəkil çəkdirdik. Mən ikinci cərgədə sağdan 2-ciyəm...

 

1979-cu il, Azərbaycan  İnşaat Mühəndisləri İnstitunun ən fəal tələbələri, 2-ci cərgədə soldan 1-ci mənəm. Mərkəzdə  rektorumuz Sənan Mustafayev, onun qarşısında universitetin indiki rektoru Gülçöhrə xanım Məmmədova dayanıb.


 

İnstitutun dördüncü kursu, tədbirlərin birində... Mərkəzdə dayanmışam...

 

Rusiyanın Kalinin vilayətində tələbə inşaat dəstəsində çəkilmiş şəkil. Yanımdakı oğlan başqa fakültədən idi, adı yadımda deyil. 1979-cu il. 


Bu şəkil deyəsən məktəbin şərəf lövhəsi üçün çəkilmişdi. Kimsə şəklimin kənarını kəsib. 1973-cü il...


1983-cü il SSRİ xalq artistləri Müslüm Maqomayev və Tamara Sinyavskaya Mingəçevirə mənim işlədiyim Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasına gəliblər... Bir qrup işçi ilə xatirə şəkli... Mən Müslüm Maqomayevdən solda, bimirəm neçənciyəm.

1986-cı il toyların birində çəkilib. Sağdan birinci kepkada olan mənəm... 


Pavoljye Sosial Siyasi İnstitutu, qrup 116.