Modern.az

Bakıda Yeddi Dövlət – Bir Millət Konseyi qurulub

Bakıda Yeddi Dövlət – Bir Millət Konseyi qurulub

4 Aprel 2010, 14:09

Bakıda Yeddi Dövlət – Bir Millət Konseyinin qurulması ilə sonuclanan toplantı gerçəkləşib.  Dr. Ramiz Əskər, jurnalist Qafar Çaxmaqlı, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun elmi işçisi Dilavər Əzimli, Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı sədri Seymur Həsənli, Bakı Strateji Araşdırmalar Mərkəzi sədri Elnur Eltürk,  “Yeni Nəfəs+” qəzetinin redaktoru Nərmin Məmmədli və “Yeddi Dövlət – Bir Millət” Kültür və Dayanışma Dərnəyi Türk Cümhuriyyətləri baş təmsilçisi Azər Həsrətin qatılımıyla gerçəkləşən toplantıda yeddi bağımsız Türk dövlətinin birlik qurması üçün vətəndaş fəallığının sürətləndirilməsi amacıyla baş təmsilçi Azər Həsrətin başqanlığında Konseyin qurulması haqqında qərar alınıb.

Yeni Konsey mərkəz qərargahı Türkiyənin Bursa şəhərində yerləşən “Yeddi Dövlət – Bir Millət” Kültür və Dayanışma Dərnəyi Türk Cümhuriyyətləri baş təmsilçiliyi nəzdində fəaliyyət göstərəcək və gərəkli zamanlarda yeddi Türk dövləti və digər Türk topluluqlarıyla bağlı məsələlərin ələ alınması üçün toplantılar gerçəkləşdirəcək.

Toplantı qatılımçıları heç bir zaman Türk dövlət və hökumət başçılarının siyasi çalışmalarına zətər verə biləcək fəaliyyətlərə yol verməmək, Türk dövlət və topluluqlarındakı siyasi partiya və qrupların dartışmalarına qatılmamaq, belə dartışmalarda tərəf olmamaq, yalnız Türk dövlət və topluluqlarının ortak faydaları, dövlətlərin və xalqların daha da yaxınlaşması yönündə çalışmalara özən göstərmək qərarı aldılar.

Konsey üzvləri son illərdə Türk Birliyinin gerçəkləşməsi yönündə atılan addımları təqdir etdiklərini də dilə gətirdilər. Özəlliklə də Naxçıvanda gerçəkləşən sonuncu Türk Zirvəsi, TürkPA-nın faktiki olaraq qurulması və baş katibliyinin Bakıda çalışmağa başlaması Konsey üzvlərinin altını cızdığı məsələlər sırasındaydı. Azərbaycan dövləti və prezident İlham Əliyevin bu gəlişmələrin yer almasındakı rolunun da Konsey üzvləri tərəfindən təqdirle qarşılandığının altı cızıldı.


 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir