Modern.az

Səddam Hüseyni edam edən cəllad öldürüldü - VİDEO

Səddam Hüseyni edam edən cəllad öldürüldü - VİDEO

Aktual

23 İyun 2013, 20:22

Səddam Hüseyinin edam olunmasında iştirak etmiş cəlladlardan biri öldürülüb. Modern.az Əl-Ərəbiyyə telekanalına istinadaən bildirir ki, bu barədə İraqda qadağan olunmuş Bəəs partiyasının bəyanat yayıb. Bəyanatda deyilir ki, söhbət Məhəmməd Hasıf əl-Malikidən gedir. Gizli fəaliyyət göstərən Səddam tərəfdarları onu eks prezidentin asılması əks olunmuş videorolikdən tanıyıblar. Cəllada hucum Bağdad yağınlığında yerləşən Əl-Yusifiyyə şəhərində baş tutub.

Dünyada böyük rezonans yaratmış Səddam Hüseyinin edam edilməsi videosunda həmin cəllad prezidentin başına qara maska taxmaq istəyir. Amma Səddam Hüseyn bundan imtina etdikdən sonra Məhəmməd onu söyə-söyə dar ağacına doğru itələyir.

Səddamın edam edilməsindən sonra tərəvəz alveri ilə məğul olan əl-Maliki baş nazirin mühafizəsiçsi vəzifəsi verilib. İraq rəsmi hakimiyyəti bu qətli hələlik şərh etmir.

Səddam Hüseyn 2006-cı ilin 30 dekabrında Bağdadda edam olunub.


X. SƏFƏROĞLU

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar