Modern.az

Bakıda keçirilən Dünya Kuboku başa çatdı - FOTOLAR

Bakıda keçirilən Dünya Kuboku başa çatdı - FOTOLAR

23 İyun 2013, 22:52

Bakıda keçirilən İdman Dırmanması üzrə Dünya Kubokunun qalibləri müəyyən olub.
Modern.az-ın məlumatına görə, kişilər arasında Dünya Kubokunun qalibi rusiyalı idmançı Stanislav Korokin olub. Kubokun ikincisi ukraynalı idmançısı Yaroslav Qontuk, uçüncüsü isə italyalı idmançı Lenardo Qontero olub.


Qadınlar arasında isə Dünya Kubokunun qalibi rusiyalı idmançı Yuliya Kaplina olub. İkinci yeri rusiyalı idmançı Alina Qaydamanika, üçüncü yeri isə polşalı idmançı Aleksandra Rutinska qazanıb.
Yarışmanın sonunda qaliblərə medallar və pul mükafatları təqdim olunub. Sonda çıxış edən Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) prezidenti Hüseyn Bağırov bütün kubokda iştirak edən idmançılara təşəkkürünü bildirib və qalibləri təbrik edib. Nazir Azərbaycanın növbəti İdman Dırmanması üzrə Dünya Kubokuna da ev sahibliyi etməyə hazır olduğunu bildirib.
Daha sonra çıxış edən Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) prezidenti Marco Scolaris Kubokun yüksək səviyyədə təşkilində əməyi olan hər bir kəsə dərin təşəkkürünü bildirib və idmançıları təbrik edib. Scolaris qeyd edib ki, yarış yüksək səviyyədə keçirildi və möhtəşəm performanslar nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) birgə təşkilatçılığı, eləcə də Gənclər və İdman Nazirliyinin texniki dəstəyi ilə keçirilən Dünya Kubokunda dünyanın 11 ölkəsindən 69 idmançı iştirak edirdi. Yarış zamanı qadınlar arasında yeni dünya rekordu (8:05 saniyə) qeydə alınıb.


 

Elçin MURAD

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı