Türkiyənin “imperator” ləqəbli ünlü müğənnisi İbrahim Tatlısəs musiqini tərk edir. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Tatlısəs bu barədə Özbəkistanda qastrol səfərində fanatları qarşısında çıxışında bildirib. İbo 5 ildən sonra musiqini buraxacağını deyib. Məlumata görə, İbo konsertdən sonra hönkür-hönkür ağlayıb. Ölkənin ən böyük mədəniyyət mərkəzi İstiqlal Sarayında 4 min tamaşaçı qarşısında çıxış edən İbo “artıq musiqi ilə vidalaşmaq zamanı yaxınlaşıb” deyib. Müğənni hər şeyin bir sonu olduğunu və çox sevdiyi müsiqini 5 il sonra buraxacağını bildirib. “40 ildir səhnədəyəm; daha 5 il artıq kifayətdir”,-deyən Tatlısəs göz yaşlarına hakim ola bilməyərək səhnədə ağlayıb.