Modern.az

Bir ailənin faciəsi anıldı - FOTOLAR

Bir ailənin faciəsi anıldı - FOTOLAR

24 İyun 2013, 13:37


“Bugünkü Müstəqil Azərbaycan kəfənsiz yatan şəhidlərin, oğul arxasınca gözüyaşlı qalan anaların göz yaşları üzərində qurulub. O şəhirdlərin mübarək ruhları və anaların göz yaşları namimə  bu qisas yerdə qalmamalıdır.”

Modern.az-ın verdiyi xəbərə görə, bu fikirlər “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi ilə Xocalı şəhər 2 saylı tam orta məktəbinin təşkil etdiyi tədbirdə səsləndirilib. Tədbir Xocalı soyqrımı zamanı həlak olmuş Hüseynovların ailə faciəsinin anımına həsr olunub. Tədbirdə “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri şair Şamil Sabiroğlu, Tibb Universitetinin professoru Mübariz Allahverdiyev, Türkiyəli qonaq Seyfəddin Ayakyay, Hərbi marş və mahnıların ifaçısı Şəmsəddin Əlizamanlı, Hüseynovlar ailəsinin yaxın qohumları və eləcə də Qarabağ icmasının üzvləri iştirak edib. Tofiq Hüseynovun qızı Yasəmən Hüseynova, oğlu Murad Hüseynov, Bəkir Hüseynovun qızı Samirə Hüseynova həlak olmuş ailə üzvlərini yad edərək həmin günlərin ağrı acısını bir daha yaşayaraq kövrək duyğularını paylaşıblar. Qonaqlar çıxış zamanı Hüseynovlar ailəsi haqqında xoş xatirələrini bölüşüblər. Mübariz Allahverdiyev bildirib ki, Xocalı Soyqırımının  Beynəlxalq İctimaiyyətdə tanıdılması bizi Xoxcalıya aparacaq yolun cığırıdır. Şamil Sabiroğlu Hseynovlar ailəsi haqqında danışarkən Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun döyüş yolundan da bəhs edib. Onun Azərbaycanın ordu quruculuğunda iştirakını yüksək qiymətləndirib. Tədbir şagirdlərin Xocalı qurbanlarının xatirəsinə həsr edilən bədii kompazisiya ilə davam edib. Vətənpərvərlik ruhunda şeir və mahnılar səsləndirilib.  

Qeyd edək ki, Hüseynovlar ailəsindən ata Mirsiyab, ana Minəş, oğulları Tofiq və Bəkir, qızları Qətibə Xocalıda həlak olublar. Tofiq Hüseynov döyüşlərdən birində qəhrəmancasına həlak olmuş, ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb. Bəkir Hüseynov isə itkin düşüb.

 

 Elçin MURAD  
Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?