Modern.az

Deputat Masallıda gənclərlə silsilə görüşlər təşkil edəcək

Deputat Masallıda gənclərlə silsilə görüşlər təşkil edəcək

5 Aprel 2010, 15:40

Millət vəkili Elmira Axundovanın təşəbüssü ilə aprelin 6-dan 8-dək “Gənc Liderlər” Uşaq və Gənclər Təşkilatının üzvləri ilə Masallı rayonunun tələbələri və məktəbliləri arasında silsilə görüşlər keçiriləcək.

Elmira Axundova Modern.az-a bildirib ki, belə görüşlərin keçirilməsində məqsəd məktəblilərin, tələbələrin cəmiyyətdə ictimai fəallığını artırmaqdır: “Kəndlərdə, qəsəbələrdə də görüşlər keçirəcəyik. Ən böyük görüş isə Azərbaycanın qabaqcıl məktəblərindən olan “Dəfinə” liseyində olacaq. Həmçinin məqsədimiz odur ki, kənd uşaqlarına uğurlu və perspektivli gəncləri əyani şəkildə göstərək, belə gənclərlə ünsiyyətdə olmalarına yardımçı olaq. Sübut edək ki, hər şey siz gənclərdən asılıdır. Bir zamanlar bu gənclər də sizin kimi məktəbli olub, ancaq  bu gün onlar ən yaxşı ali məktəblərdə oxuyurlar, prezident təqaüdçüsüdürlər, xaricə səfərlər edirlər və bizim ölkəmizi layiqincə təmsil edirlər.Onlar bunu birdən - birə qazanmadılar. Bunu əməklə, oxumaqla, həyatda aktiv mövqe tutmaqla qazandılar”.

Millət vəkili hesab edir ki, bu görüşlərin əhəmiyyəti çox böyük olacaq: “Bu görüşlərin əhəmiyyəti ondadır ki, bizim kənd uşaqlarında biliyə, cəmiyyətdə aktiv həyat tutmağa həvəs oyanacaq”.

Elmira Axundova onu da əlavə edib ki, may ayında Bakı Uşaq Teatrının Masallıda silsilə tamaşaları nəzərdə tutulur: “Bakı Uşaq Teatrının narkotikə, içkiyə qarşı maraqlı tamaşaları olacaq. Bu tamaşalar kənd məktəblərində, kənd klublarında silsilə şəkilində göstəriləcək. Belə aksiyalar ənənədən uzaq olsa da, daha təsirlidir”.

Deputat deyib ki, o, bu tədbirlərlə əlaqədar Masallı rayonun icra başcısı, icra başcısının müavini ilə  əlaqə saxlayıb. “Onlar mənim təşəbbüsümü çox bəyəndilər. Təhsil Nazirliyi də mənə bu işdə köməklik göstərəcək”.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi