Modern.az

«Gənc liderlər» kitab oxuma aksiyasina start verib

«Gənc liderlər» kitab oxuma aksiyasina start verib

Qarabağ

22 Sentyabr 2009, 00:21

«Gənc Liderlər» Uşaq və Gənclər Təşkilatı (UGT)  «AMV» İstehsalat Birliyinin dəstəyi ilə “Bakı SOS Uşaq Kəndi”ndə «Gəlin birgə oxuyaq» adlı kitab aksiyası keçirir.

 

Təşkilatın sədri Fərid Şahbazlı Modern.az-a bildirib ki, “Gəlin birgə oxuyaq” adlı kitab aksiyası davamlı olacaq və şəhər və rayonların orta məktəblərində də uşaqlara kitablar hədiyyə ediləcək: «Bu aksiyada biz uşaqlara 100-ə yaxın müxtəlif kitablar- nağıllar, bədii əsərlər, dərs vəsaitləri təqdim etdik. İnanırıq ki, bu kitablar onlara cəmiyyət üçün layiqli vətəndaş olmağa kömək olacaq. Əsas məqsəd  “Uşaq ili”ndə uşaqlarda kitaba maraq oyatmaqdır».

 

 “Bakı SOS Uşaq Kəndi”nin direktoru Əli Axundov isə bildirib ki, hazırda “Bakı SOS Uşaq Kəndi”ndə 96 nəfər uşaq məskunlaşıb: “Məktəbyaşlı uşaqlar kəndin yaxınlığındakı orta məktəblərə, azyaşlı uşaqlar isə “Bakı SOS Uşaq Baxçası”na gedirlər. Bu uşaqlardan 3 nəfəri Olimpiya İdman Məktəbində, 5 nəfəri rayonlarında yerləşən Özəl Türk Litseylərində, 1 nəfəri Ali Hərbi Akademiyada təhsil alırlar. Onlar üçün bu cür tədbirlərin təşkili çox vacibdir».

 

Qeyd edək ki, «Gənc Liderlər» UGT-nın təşkil etdiyi tədbirdə Uşaq Kəndində məskunlaşan 60 uşaq iştirak edib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir