Modern.az

Toplum Könüllüləri Vakfının Azərbaycan nümayəndəliyi yarandı

Toplum Könüllüləri Vakfının Azərbaycan nümayəndəliyi yarandı

5 Aprel 2010, 16:39

Bu gün Gənclər üçün Təhsil Mərkəzinin dəstəyi ilə Türkiyə Cümhuriyyətinin ən böyük qeyri-hökumət gənclər təşkilatı olan Toplum Könüllüləri Vakfının Azərbaycan nümayəndəliyi yaradılıb.

Əsas məqsədi könüllülüyün inkişafını təşviq etmək və könüllü fəaliyyətlərlə vətəndaş cəmiyyətinin gücləndirilməsinə kömək etmək olan nümayəndəliyin yaranması prosesində azərbaycanlı gənclərlə yanaşı türkiyəli tələbə-gənclər də iştirak edib.

Qeyd edək ki, nümayəndəliyin yaranması üçün Gənclər üçün Təhsil Mərkəzi bir neçə dəfə qarşılıqlı tanışlıq səfərlərinin keçirilməsini təmin edib.

Gənclər üçün Təhsil Mərkəzinin direktor müavini Günay Sadıxovanın verdiyi məlumata əsasən 7 aprel tarixində Vakfın baş ofisindən nümayəndə heyəti ilkin planlaşdırma və təlimatlandırma üçün ölkəmizə səfər edəcək, bir sıra tədbirlər həyata keçirəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir